Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-339/2024 06.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1964-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 2ində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 06 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 06 aprel 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şirvan Şəhər Məhkəməsinin 2-(032)-1105/2019 saylı, 07 noyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs öhdəsində olan 2210 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək göstərdi ki, tələbkar borclu barəsində dəfələrlə uşağı saxlaya bilməməsi səbəsindən icra şöbəsinə şikayət etmişdir. Borclunun xəstə olduğunu bildirsə də, tələbkar yenədə alimenti tələb etmişdir. Şəxs tələbkara 2210 manat aliment borcu vardır. 2023-cü ilin sentyabr ayından bu günə kimi ödəniş etməmişdir. Bu səbəbdən də, borclu barəsində protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Tələbkar hətta “102 Zəng-Xidməti”nə də, şikayət etmişdir. Borclu barəsində hər hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, 2023-cü ilin sentyabr ayında onda onkoloji xəstəlik aşkar edilmişdir, həmin vaxtdan işləyə bilmədiyi üçün borcu yaranmışdır. 2023-cü ilin oktyabr ayında iki dəfə tələbkara pul ödəmişdir. Hər ay X2 gedərək müalicə alır. Hazırda xəstə və işsiz olduğundan aliment borcunu tələbkara ödəyə bilmir. May ayından ona pensiya təyin ediləcəyini və həmin vaxtdan aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Eyni zamanda məhkəmə iclas zalında Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tələbkar Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlamış, o bildirmişdir ki, borclunun may ayından etibarən ona olan aliment borcunu ödəməsinə etiraz etmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1105/2019 saylı, 07 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 18 oktyabr 2019-cu ildən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Mahmudovun xx.xx.2024-cü il tarixli qərarının ksero surətindən görünür ki, ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin rəisi Şükür Orucov tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 170849/03 saylı məktubdan görünür ki, icraatlarında olan icra sənədinin icrası ilə əlaqədar ünvan 2i ünvanında qeydiyyatda olan xx.xx.1964-cü il təvəllüdlü Şəxs nümayəndəliyin ərazisində yaşayıb-yaşamaması, mülkiyyətində fərdi yaşayış evi, ticarət obyekti və mal-qaranın olub-olmaması, pensiya alıbalmaması eləcədə telefon nömrəsi və s. Başqa əlaqə məlumatları barədə qısa müddət ərzində Salyan rayon İcra və Probasiya Şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatın ksero surətindən görünür ki, icra sənədi barədə məlumatı var. 2023-cü ilin sentyabr ayından bu yana ödəniş etmir. Xəstəliyi ilə əlaqədar pensiya gözləyir. Hər ay 20 manat aliment ödəyə bilər. Gəlir yeri və satacaq heç bir əmlakı olmadığı üçün aliment borcunu tam qaydada ödəyə bilmir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 Xəstəlik tarixindən Çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mərkəzə müalicə üçün qəbul edilmiş xx.xx.2023-cü il tarixdə çıxmışdır. Onun qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsi, qida borusunun orta-aşağı 1/3 hissəsinin karsinoması diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 Xəstəlik tarixindən Çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mərkəzə müalicə üçün qəbul edilmiş xx.xx.2024-cü il tarixdə çıxmışdır. Onun qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsi, qida borusunun orta-aşağı 1/3 hissəsinin karsinoması diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 Xəstəlik tarixindən Çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mərkəzə müalicə üçün qəbul edilmiş xx.xx.2024-cü il tarixdə çıxmışdır. Onun qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsi, qida borusunun orta-aşağı 1/3 hissəsinin karsinoması diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 Xəstəlik tarixindən Çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mərkəzə müalicə üçün qəbul edilmiş xx.xx.2024-cü il tarixdə çıxmışdır. Onun qida borusunun aşağı üçdə birinin bədxassəli yenitörəməsi, qida borusunun orta-aşağı 1/3 hissəsinin karsinoması diaqnozu qoyulmuşdur. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, borclu Şəxs borcunu ödəməkdən imtina etmir və 2023-cü ilin sentyabr ayına kimi aliment borcunu ödəmişdir. Lakin sonradan xəstəliyi ilə əlaqədar mütəmadi olaraq müalicə aldığı üçün aliment borcunu ödəyə bilməmişdir. Həmçinin tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs 2024-cü ilin may ayında aliment borcundan ödəniş etməsinə etiraz etir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Şirvan Şəhər Məhkəməsinin 2-(032)-1105/2019 saylı, 07 noyabr 2019-cu il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-339/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-339/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver