Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-34/2024 29.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Rahil oğlunun iştirakları ilə xx.xx.1993-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Salyan rayonu, Xurşud kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 15 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 15 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 15 yanvar 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-762/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 443 manat pulu Zərərçəkmiş şəxs1 MMC-yə, məhkəmənin 2(057)-521/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 1019 manat pulu "xxxx" MMC-yə və məhkəmənin 2(057)-1553/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 4435 manat pulu borclu Şəxs Zərərçəkmiş şəxs3 verməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 göstərmişdir ki, borclu barəsində inzibati xətta haqqında protokol tərtib edildikdən sonra 2(057)-762/2019 saylı, 20 may 2019-cu il tarixli icra sənədi üzrə borcunu tam ödəmişdir. Ona görə də, qeyd olunan icra sənədi üzrə icraata xitam verilmişdir. Borclu barəsində hər hansı qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, 500 manat ödəniş etmişdir. 2(057)-762/2019 saylı, 20 may 2019-cu il tarixli icra vərəqəsi üzrə borcunu tam ödəmişdir. Digər icra sənədləri üzrə də 500 manat ödəniş etmişdir. Xəstə olduğu üçün borclarını vaxtında ödəyə bilməmişdir. Əsgərlik xidmətində dəfələrlə təşəkkür almışdır. Orada baş sürücü işləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs1 MMC, "xxxx" MMC-nin nümayəndələri və Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə tələbkarların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-762/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(057)- 521/2019 saylı, xx.xx.2020-ci il tarixli və 2(057)-1553/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-762/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs kredit müqaviləsinə əsasən yaranmış 473 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəni 493 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs1 MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən X4-İmtahan və Texniki baxış Şöbəsinə, Salyan rayon Statistika İdarəsinə, Salyan rayon X10 Müfəttişliyinə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi və Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 2111/05 saylı məktubdan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Salyan rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Salyan Rayon Məhkəməsinin və digər orqanların müvafiq icra sənədlərinin icrasını təmin etmək məqsədilə aşağıda adları göstərilən borclu şəxslərin adına hər hansı nəqliyyat vasitəsinin qeydə alınıb-alınmaması barədə rəsmi məlumat verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan BDYPİ-nin Şirvan RQİ və TBŞ-nin rəisi polis polkovnikleytenantı Əlixan Zeynalov tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 306-3571-1219 saylı məktubun surətindən görünür ki, kompüterin göstəricilər bazasında siyahıda göstərilən şəxslərin adına nəqliyyat vasitəsi olması barədə bu günə qədər məlumat yoxdur. İş materiallarında olan Salyan rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov tərəfindən İcra və Probasiya Şöbəsinə ünvanlanmış 25 sentyabr 2019-cu il tarixli, 397 nömrəli məktubun surətindən görünür ki, məktublarda adı göstərilən fiziki şəxslər hesabat vermədikləri üçün təşkilatda onların fəaliyyəti və əmlakı barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon Şöbə müdiri vəzifəsini icra edən A.Ə.Qəhrəmanov tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli, 19632947/24 saylı arayışın surətindən görünür ki, siyahıda adları göstərilən 18 nəfər borclu şəxslərdən 17 nəfəri şöbələrindən heç bir növ əmək pensiyası almır, 1 nəfər X5 3 qrup əlil kimi 110 manat sosial müavinət alır. İş materiallarında olan Salyan RPŞ-nin rəis müavini Asəf Əhmədov tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 182-28123- 1219 saylı məktubun surətindən görünür ki, Şəxs Salyan rayonu, Xurşud kəndi ərazisində yaşamadığı üçün onun Salyan rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi mümkün olmamışdır. İş materiallarında olan Salyan RPŞ-nin rəis müavini Asəf Əhmədov tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 182-8999- 1221 saylı məktubun surətindən görünür ki, Şəxs Salyan rayonu, Xurşud kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşadığı üçün onun Salyan rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi mümkün olmamışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-521/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs 989.20 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Arbatan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli, 637 saylı arayışın surətindən görünür ki, Şəxs hazırda Salyan rayon Arbatan kənd İnzibati Ərazi Dairəsinin əhatə etdiyi ərazidə yaşamır və yaşadığı yer onlara məlum deyildir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Coşqun İsmayılovun xx.xx.2021-ci il tarixli “borclunun axtarılması barədə” qərarından görünür ki, xx.xx.1993-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Xurşud kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-521/2019 saylı, 24 aprel 2020-ci il tarixli icra sənədinə əsasən ondan 989.20 manat pulun, həmçinin 30 manat dövlət rüsumu da əlavə olunmaqla tələbkar "xxxx" MMC-nə ödənilməsi əks olunmuşdur. Bu gün Salyan rayon İcra və Probasiya Şöbəsində öhdəsində olan borcun tam qaydada tələbkar təşkilata ödənilməsi ondan tələb olunmuşdur. Əks halda barəsində qanunda nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. Öhdəsində olan borcu ödəməkdən imtina etmir. Maddi vəziyyəti çox pisdir. Hazırda ünvan 1 ünvanında kirayədə yaşayır. Fəhləlik edərək qazanc əldə edir. Borcunu hissə-hissə ödəyəcəyinə söz verir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1553/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs RSK5722363 saylı müqavilə üzrə 1560 manat əsas borc, 468 manat dəbbə pulu, RSK5722632 saylı müqavilə üzrə 1802 manat əsas borc, 541 manat dəbbə pulu, cəmi 4371 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs3 verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Coşqun İsmayılovun xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərarından görünür ki, xx.xx.1993-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Xurşud kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə köçürülmüş pul vəsaitinə dair xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, RSK5722363 nömrəli müqavilə üzrə Zərərçəkmiş şəxs3 hesabına ümumilikdə 943 manat ödəniş olunmuşdur. İş materiallarında olan “eManat” ödəmə terminalı vasitəsi ilə köçürülmüş pul vəsaitinə dair xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən “Sky Electronics”-in hesabına 57 manat ödəniş olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X8 tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 19 yanvar 2024-cü il tarixli ərizənin ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-762/2019 nömrəli, 20 may 2019-cu il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs 493 (dörd yüz doxsan üç) manat pulun alınaraq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməsi qərara alınmışdır. Qərar qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırki ərizə ilə bildirir ki, borclu borcunu tam ödəmişdir. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası qanununun 20.1.5-ci maddəsinə əsasən yuxarıda qeyd edilən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarlarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədlərinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs İXM-nin 528.1-ci maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə araşdırmasında aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qətnamələrinin tam olaraq icra olunmamasını və tələbkarların şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbehi tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, borcunu qismən ödəməsini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-34/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-34/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver