Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-342/2025 14.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon icra və probasiya şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli saylı inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən İXM-in 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli icra sənədi üzrə borclu Şəxs 1500 manat cərimə borcunu ödəməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs protokol üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, işsiz olduğu üçün cəriməni ödəyə bilməmişdir. Odur ki, barəsində tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli icra sənədi üzrə borclu Şəxs 1500 manat cərimə borcunu ödəmədiyi üçün barəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmçinin, borclu barəsində bu vaxtadək hər hansı məcburi icra tədbirlərinin həyata keçirilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində hər hansı bir qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; X4 Xidmətinin X1 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs AR tərəfindən Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, X4 Xidmətinin X1 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və həmin tarixdə tələbin 10 gün müddətində könüllü icra olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, X4 Xidmətinin X1 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli icra sənədinin icrasının təmin etməyi üçün xx.xx.2025-ci il tarixdə ödəniş sənədini təqdim etməklə icra şöbəsinə gəlməsi tələb olunmuş, əks halda barəsində 529.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməyi üçün məcburi icra tədbirlərinin həyata keçiriləcəyi bildirilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsində verdiyi izahatından görünür ki, icra sənədi barədə xəbərdar olduğunu, imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, adına heç bir daşınar və ya daşınmaz əmlak olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında X4 Xidmətinin X1 tərəfindən qəbul olunmuş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXMnin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla belə, məhkəmə hesab edir ki, iş üzrə icraata aşağıdakı qeyd olunanlara əsasən xitam verilməldir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda, məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. Bununla da, şəxsi cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb etmək mümkün olmadığından, onun barəsində əvvəlki (cərimə növündə) inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinin tələbinə uyğun olaraq, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, qanunverici inzibati cərimənin tətbiqi haqqında qərarın icrasını təmin etmək üçün müxtəlif qanuni vasitələr nəzərdə tutmuş və icra məmurlarının üzərinə bu vasitələrdən istifadə etməklə qərarların vaxtında icrasının təmin edilməsi vəzifəsini qoymuşdur. Dövlət orqanlarının üzərinə qoyulmuş vəzifələrin vaxtında və layiqincə icrası isə cəmiyyətin hər bir üzvünün maraqlarının qorunmasına xidmət etməklə yanaşı, ictimai qaydanın mühafizəsini də təmin etmiş olur. Əks hal barəsində inzibati tənbeh tətbiq edilmiş şəxslərdə tənbehin icrasından yayınmağın mümkünlüyü düşüncəsini yaratmaqla, inzibati xətalar qanunvericiliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə xələl gətirmiş olar. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, qanunverici məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı məsələləri tənzimləyərkən icra məmurlarına müvafiq qərarın icrasının təmin olunması ilə bağlı hərəkətlərin həyata keçirilməsində mülahizə sərbəstliyi verməkdən çəkinməklə, icra məmurları tərəfindən görülə biləcək tədbirlərin dairəsini, icra müddətlərini, o cümlədən digər prosessual məsələləri dəqiq müəyyən etmişdir. Hazırki işin hallarından görünür ki, X4 Xidmətinin X1 tərəfindən Şəxs barəsində İXMnin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, həmin icra sənədi əsasında xx.xx.2022-ci il tarixdə iş üzrə icraata başlanılmışdır. İcraata başlanılan gündən hazırki vaxtadək 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, icra məmuru tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində qərarın icrasının təmin edilməsi üçün şərait yaradılmamış, inzibati cərimənin müəyyən olunmuş müddətdə ödənilməsinin təmin edilməsi üçün şəxsin barəsində Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirlərini görmədən, yəni qərarın icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla belə, protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilməmiş və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilməli, bununla belə, onun barəsində X4 Xidmətinin X1 tərəfindən qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Şəxs barəsində X4 Xidmətinin X1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilsin. Qərarın icrası Salyan rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-342/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-342/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver