Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-344/2025 09.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X1 iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından məhkəməyə şikayət vermişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Salyan rayonu 5 saylı Cəzaçəkmə Müəssisəsində yerləşən Salyan Peşə Məktəbində direktor vəzifəsini müvəqqəti icra edən Tədris və təlim işləri üzrə direktor müavini vəzifəsində işləyir. DƏMX-nin X5 əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta törədilmiş müəyyən edilmiş və xx.xx.2025-ci 11 tarixli MN ******* saylı qərarla 1500 manat miqdarında cərimə olunmuşdur. Əvvəllər inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyətə cəlb olunmamışdır. Barəsində tətbiq edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərar təmamilə əsassızdır. Qərarın əsassızlığını aşağıdakı əsaslarla sübut edir. 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar məktəbin ştat cədvəllərinin bir qayda olaraq Peşə məktəbinin tabe olduğu Peşə Təhsili üzrə Dövlət Agentliyində təsdiq olunaraq rəhbərlik tərəfindən razılaşdırılmalıdır. Bununla əlaqədar 24 oktyabr 2024-cü il tarixdə məktəbin direktor əvəzi və baş mühasiblə birlikdə Salyan Peşə məktəbinin nümunəvi ştat cədvəlinin Peşə Təhsili üzrə Dövlət Agentliyində təqdimatla əlaqədar ştat cədvəllərinin və dərs yüklərinin təsdiq edilməsindən ötrü yaradılmış komissiya üzvləri tərəfindən məktəbin struktur bölməsinə daxil olan ştatlara yenidən baxılaraq məktəbin təsərrüfat müdiri vəzifəsinə ixtisar qərarı verimişdir. PTDA-nın rəhbərliyi maliyyə-təsərrüfat şöbəsinin müdiri, aparıcı mütəxəsislər tərəfindən həmin vəzifənin ştat cədvəlində ixtisar olunmasını təsdiq etdilər. Bu ixtisarla əlaqədar 25 oktyabr 2024-cü il tarixdə Salyan Peşə Məktəbinin növbəti Pedoqoji Şurası keçirilmişdir. 02 saylı 25 oktyabr 2024-cü il tarixli Pedoqoji Şurada müəllimlər və o cümlədən vəzifəsi ixtisara düşən təsərrüfat müdiri X10 da iştirakıyla bu məsələ geniş müzakirə edilimiş və Əmək Məcəlləsində əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatı haqqında 77-ci maddənin 1-ci hissəsinə əsasən ona 2 (iki) aylıq rəsmi xəbərdarlıq edilmiş və ixtisarla bağlı qərarı öz imzasıyla təsdiqləyərək bir nüsxəsi ona təqdim edilmişdir. X14 bu iki ay müddətində hər iş həftəsində bir gün əmək haqqı saxlanılmaqla ona iş tapmaq imkanı yaradılmışdır. Göstərilən ixtisarla bağlı Salyan Peşə məktəbinin X13 25 oktyabr 01 saylı protokolunda da məsələyə baxılmış, vəzifəsi ixtisara düşən X19 ixtisarla tanış olmuş və rəsmi imzalamışdır. 01 yanvar 2025-ci il tarixdən təsdiq edilmiş yeni şatat cədvəllərində X10 vəzifəsi işçi sayının ixtisar edilməsilə ilə əlaqədar ixtisara salınmış və PTDA-yi tərəfindən göndərilmiş yeni ştat cədvəlinə əsasən Salyan Peşə məktəbi rəhbərliyinin 29 dekabr 2024-cü il tarixli 40 Ş3 nömrəli əmrinə əsasən 01 yanvar 2025-ci il tarixdən Əmək Məcəlləsinin “70”-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilimişdir. Baş mühasib ƏM-nin 77-ci maddəsinin 3-cü bəndinə əsasən X14 əmək ştatı 10 ildən çox olduğu üçün orta əmək haqqının 2 (iki) misli miqdarında hesablanmış 812 (səkkiz yüz on iki), manat işdənçıxarma müavinətinin ödənilməsini təmin etmişdir. Yuxarıda qeyd olunanlara əsasən İXM 192.6-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq DƏMX-nin X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il rarixli MN ******* saylı İnzibati Xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətini müdafiə edərək göstərmişdir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində təqdimatla əlaqədar ştat ləğv edildiyi üçün, vəzifəsi ixtisara düşən X15 işə bərpa edə bilməz. Ona görə də, qərarın ləğv edilərək, barəsində tətbiq edilmiş cərimənin minimum həddə endirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.6-cı maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 nümayəndəsi X17 bildirmişdir ki, istər həmkarların, istərsə də, pedaqoji şuranın iclaslarında iştirak edilən zaman çıxarışa iştirakla bağlı imza çəkilir. Pedaqoji şuranın işə götürmək və ya işdən çıxarmaqla bağlı xəbərdar etmək səlahiyyəti yoxdur. Əmr özü ziddiyyətlidir. xx.xx.2024-cü il tarixdə əmr verilmişdir. Əmrin qüvvəyə minməsi 01 yanvar 2025-ci il tarixdən göstərilsə də, əmr xx.xx.2025-ci il tarixdə sistemə yüklənmişdir. Əmr verildiyi gün sistemə yüklənməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası X18 Xidmətinin X5 rəisi X21 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın ləğv olunması barədə X4 şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından görünür ki, vəzifəli şəxs X2 Altay Qəfər oğlunun əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq, əmək müqaviləsinə xitam verilərkən rəsmi xəbərdarlıq edilməyərək, İXM-in 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmədə elan olunmuş X10 xx.xx.2025-ci il tarixli ksero surətindən görünür ki, o, 2005-ci ilin yanvar ayının 1-dən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsinin nəzdində Salyan Peşə Məktəbinin direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində işləmişdir. Lakin 2024-cü ilin dekabr ayının 26-dan heç bir rəsmi xəbərdarlıq olmadan vəzifəsinin Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli əmrinə əsasən işdən çıxarılmışdır. Lakin Nazirlər kabinetinin 540 nömrəli əmrinə və cənab prezidentin 419 nömrəli 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə peşə məktəblərində direktorun təsərrüfat işləri üzrə direktorun müavini ştatının ləğvi və ya ixtisarı göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ona heç bir rəsmi xəbərdarlıq edilməmişdir. O, işdən azad olunan zaman son haqq hesab verilməmişdir. Onun əsas tələbi yenidən öz vəzifəsinə qaytarılmasıdır. Bu tələbini Nazirlər kabinetinin 29 may 1996-cı il 69 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət peşə müəssisələrinin” nümunəvi ştatları haqqında Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarı əsasında irəli sürür. Məhkəmədə elan olunmuş Salyan Peşə Məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən X4 29 dekabr 2024-cü il tarixli, 40 Ş3 nömrəli əmrindən görünür ki, 5 saylı Cəzaçəkmə Müəssisəsinin nəzdində Peşə Məktəbi bölməsində “Təsərrüfat müdiri” vəzifəsində işləyən X19 ilə bağlanmış əmək müqaviləsinə 08 yanvar 2025-ci il tarixdən xitam verilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şirvan-Salyan RŞ-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X6 İXM-in 192.6-cı maddəsi ilə 1500 manat cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, X18 Xidməti X5 rəisi tərəfindən Salyan Peşə Məktəbində direktor vəzifəsini müvəqqəti icra edən X3 Peşə Məktəbinin təsərrüfat müdiri vəzifəsində işləmiş X19 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bununla da İXM-in 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şirvan-Salyan RŞ-nin rəisi Anar Xəlilov tərəfindən İXM-in 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl İXM ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik - davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə İXM-in 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İXM-in 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X7 tərəfindən haqlı olaraq inzibati qaydada məsuliyyətə cəlb edilmiş və inzibati məsuliyyətə dair qərarın ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur; İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, Azərbaycan Respublikası X18 Xidmətinin X5 rəisi X21 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın ləğv olunması barədə X4 şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 115, 129.1.1 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası X18 Xidmətinin X5 rəisi X21 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın ləğv olunması barədə X4 şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-344/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-344/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver