Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-346/2024 15.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Tələbkar - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Əliyev Əfsər Fərman oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Nyuton qızının iştirakları ilə xx.xx.1981-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X4 xadimə vəzifəsində işləyən, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 15 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 15 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqələri, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli icra vərəqələrində göstərilən tələbləri borclu Şəxs icra etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, barəsində protokol tərtib olunan zaman orada iştirak etmişdir. İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş xəbərdarlıq məktublarını almışdır. İlk əvvəllər razılaşmasa da hazırda başa düşür ki, borclarını ödəməlidir. İşləyir, borclarının əmək haqqısından tutulmasına etiraz etmir. Himayəsində iki uşağının olduğunu nəzərə alaraq, ona köməklik olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 göstərdi ki, borclu barəsində protokol tərtib edilmişdir. Borclu icraatında olan beş icra sənəd üzrə heç bir ödəniş etməmişdir. Salyan Rayon Məhkəməsinin qərarı ilə borclu barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, lakin Şəxs yenədə ödəniş etməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır. Borclu İcra və Probasiya Şöbəsində izahat verdiyi zaman da, ona öhdəsində olan icra sənədlərini icra etmədiyi halda barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, borcu tam tələb edir. Borcun borclunun əmək haqqısına yönləndirilməsinə razı deyildir. Borclu 400 manat əmək haqqı alır. Məhkəmə iclasından əvvəl və başqa vaxtlarda Şəxs ona demişdir ki, borcu qaytarmayacaqdır. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, borclu onlara borcu qaytarmayacağını bildirmişdir. Ona görə də, borclu barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs5 göstərdi ki, qızılları özü alsa da, qaytarmır. Pulu evində saxlayır, lakin ona olan borcunu qaytarmır. Borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-1171/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 23650 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165.95 manat məbləğində pulun iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1171/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 23650 manat və dövlət rüsumu kimi ödənilmiş 165.95 manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. İcra vərəqəsində göstərilən borcun könüllü qaydada ödənilməsi üçün icra məmuru tərəfindən ona rəsmi bildiriş təqdim olunmuşdur. Bugünə kimi borcunun heç bir hissəsini ödəməmişdir. Borcun ödənilməsi barədə məhkəmə qərarından xəbəri vardır. Borcunu ödəmək fikri yoxdur. Qərardan apellyasiya şikayəti verəcəkdir. Məhkəmə qərarını icra etməyəcəyi halda Azərbaycan Respublikası İXM-nin 528.1-ci və CM-nin 306-cı maddəsinə əsasən məsuliyyət barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1182/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 29725 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 179.18 manat məbləğində pulun iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1182/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin etməsi (borcunun ödənilməsi) və 18 yanvar 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1182/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 29725 manat və dövlət rüsumu kimi ödənilmiş 179.18 manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qərara alınmışdır. İcra vərəqəsində göstərilən borcun könüllü qaydada ödənilməsi üçün icra məmuru tərəfindən ona rəsmi bildiriş təqdim olunmuşdur. Borcunun heç bir hissəsini ödəməmişdir. Borcun ödənilməsi barədə məhkəmə qərarından xəbəri vardır. Borcunu ödəmək fikri yoxdur. Qərardan apellyasiya şikayəti verəcəkdir. Məhkəmə qərarını icra etməyəcəyi halda Azərbaycan Respublikası İXM-nin 528.1 və CM-nin 306-cı maddəsinə əsasən məsuliyyət barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1250/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 19121 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 147.36 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1250/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 19121 manat və dövlət rüsumu kimi ödənilmiş 147.36 manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsi qərara alınmışdır. İcra vərəqəsində göstərilən borcun könüllü qaydada ödənilməsi üçün icra məmuru tərəfindən ona rəsmi bildiriş təqdim olunmuşdur. Borcunun heç bir hissəsini ödəməmişdir. Borcun ödənilməsi barədə məhkəmə qərarından xəbəri vardır. Borcunu ödəmək fikri yoxdur. Qərardan apellyasiya şikayəti verəcəkdir. Məhkəmə qərarını icra etməyəcəyi halda Azərbaycan Respublikası İXM-nin 528.1 və CM-nin 306-cı maddəsinə əsasən məsuliyyət barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 17000 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 140 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1326/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin etməsi və 15 aprel 2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-133/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 33023 manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 191 manat alınıb Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-133/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin etməsi və 15 aprel 2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-37/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İşə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-81/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Salyan Rayon Məhkəməsinin 3(057)-37/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi 12 yanvar 2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə əlavə edilmişdir və 13 yanvar 2023-cü il tarixdən qüvvəyə minmişdir. İşdən görünür ki, Şəxs ilk dəfə Salyan Rayon Məhkəməsinin 2(057)-1171/2023 saylı xx.xx.2023-cü il tarixli, 2(057)-1182/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(057)-1250/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə Salyan Rayon Məhkəməsinin 3(057)-37/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Məhkəmə hesab edir ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-1326/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(057)-133/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətaya görə tənbeh almamışdır. Belə olan halda Şəxs barəsində həmin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-1171/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(057)- 1182/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(057)-1250/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan, yəni xx.xx.2008-ci il və xx.xx.2010-cu il təvəllüdlü uşaqlarının olması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-1171/2023 saylı xx.xx.2023-cü il tarixli, 2(057)-1182/2023 saylı xx.xx.2023-cü il tarixli və 2(057)-1250/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-346/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-346/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver