Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-348/2023 07.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan rayon YPX-nin baş inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan rayon PŞ tərəfindən 06 aprel 2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 06 aprel 2023-cü il tarixdə, saat 14:00-da Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 58-ci kilometrliyində nömrəsiz “Muravey” markalı motosklet sağ zolaqla hərəkətdə olarkən qarşıda avtomobil olduğu üçün sol zolağa doğru hərəkət etmiş bu zaman düzgün manevr etmədiyindən sol zolaqda olan xx xxx 1998-ci il təvəllüdlü Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 65-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E220” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşısına çıxaraq toqquşmuşdur. Toqquşma nəticəsidə “Mercedes Benz E220” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi əzilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan rayon YPX-nin baş inspektoru polis kapitanı X2 izahatında göstərdi ki, hadisə yerinə baxış keçirilmiş, yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunmuş, tərəflərin izahatı alınmış və müəyyən olunmuşdur ki, Şəxs “Muravey” markalı motoskleti sürücülük vəsiqəsi olmadan idarə etməklə yol-nəqliyyat hadisəsi törətdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində tərəfindən 06 aprel 2023-cü il tarixdə İXP5338934 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, sürücülük vəsiqəsi olmasa da “Muravey” markalı motoskleti 2600 manata almışdır və ailəsini motosklet sürücüsü kimi dolandırır. Hər ikisi sefetaforun qırmızı işığında dayandı qarşısında avtomobil olduğu üçün sağa doğru hərəkət etmək istədikdə toquşma oldu. Törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla, həmçinin özünün etirafedici izahatı ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs nömrəsiz “Muravey” markalı motoskletlə Azərbaycan Respublikası İXM-in 332.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan Salyan rayon PŞ tərəfindən 06 aprel 2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs nömrəsiz “Muravey” markalı motoskleti sürücülük vəsiqəsi olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Salyan rayon YPX-nin baş inspektoru polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Yol-nəqliyyat hadisəsinin Sxemindən və görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində nömrəsiz “Muravey”in damının sol tərəfi və “Mercedes Benz E220” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi əzilmişdir. Azərbaycan Respublikası İXM-nin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48- 51, 55, 61, 114, 115, 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-348/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-348/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver