Məhkəmə qərarları › İş №3(057)-348/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-348/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-348/2024 17.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 243-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 17 aprel 2024-cü il tarixli, MN № 1654642/416 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Şorsulu kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus “Hovo” yük markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsini, işıq cihazlarını və yan güzgülərini dəmir parçası ilə qəsdən vuraraq 2050 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Salyan RPŞ-dən daxil olmuş 17 aprel 2024-cü il tarixli, MN № 1988085/417 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Şorsulu kəndi ərazisində ictimai yerdə uca səslə Zərərçəkmiş şəxs nalayiq söyüşlər söyərək xırda xuliqanlıq əməli törətmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 aprel 2024-cü il tarixli qərarı əsasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 17 aprel 2024cü il tarixli, MN № 1654642/416 nömrəli və həmin Məcəllənin 510-cu maddəsi ilə 17 aprel 2024-cü il tarixli, MN № 1988085/417 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmin protokollar və toplanmış materiallar Salyan RPŞ-si tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Salyan RPŞ-də verdiyi izahata uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs zəng edərək gəlib yük maşınını təhvil almasını bildirmişdir. Azər ona bir adam göndərəcəyini və həmin avtomaşını ona təhfil verməsini demiş və avtomobili təhvil verməmişdir. İki gün keçəndən sonra Azər ona özü zəng edərək açarı verməsini, xx.xx.2024-cü il tarixdə pulunu verəcəyini bildirmişdir. Həmin tarixdə, saat 18 radələrində Salyan rayoninun ərazisində Ələt-Astara yolunun kənarındə olan zaman Azərə yenidən ona əmək haqqını verməsini demiş, Azər isə ona 500 manat verə biləcəyini demişdir. Lakin Azərdən ona verilməli olan pulunu tam tələb etmişdir. Sonra aralarında mübahisə olmuşdur. Əgər pulunu verməsə onun avtomaşınının şüşələrini sındıracağını bildirmişdir. Azər isə ona “sındırmasan kişi deyilsən” demiş, həmin sözdən sonra avtomaşının ön alın şüşəsini, işıq cihazlarını və yan güzgülərini dəmir parçası ilə vuraraq sındırməşdır. Azər onu nalayiq sözlərlə söydüyü üçün o da cavabinı qaytarmışdır. Azərə qarşı xuliqanlıq etməmişdir. Əksinə Azər onu təhqir etmişdir. Ona görə də özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilmir. Məhkəmədə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, Zərərçəkmiş şəxs səhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, Şəxs şikayətçi olduğunu və ondan vurduğu ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək belə hesab edir ki, toplanmış sübutlarla Şəxs Yadigər oğlunun inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə xitam verilməlidir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Həmin Məcəllənin 105.1-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati məsuliyyət yaradan hərəkəti etməsi sübuta yetirilərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, əməlindən peşman olsa belə, o, bu hərəkətləri şəxsi ədavət zəmnində etdiyini etiraf edərək qəsdən törətdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmçinin sonuncunun həmin məcəllənin 21-ci maddəsinə əsasən qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə inzibati tənbeh məsuliyyət tədbiridirlərindən biri təyin edilməlidir. Şəxs hərəkətlərini qəsdən etmiş, etdiyi əməl nəticəsində zərərçəkmiş şəxsə məxsus “Hovo” yük markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsini, işıq cihazlarını və yan güzgülərini dəmir parçası ilə qəsdən vuraraq sındırmaqla 2050 manat dəyərində ziyan vuraraq inzibati xəta törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək belə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta əməlini törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlində peşman olması halı vardır və ağırlaşdıran hallar aşkar edilmədi. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni, 2050 manat miqdarında cərimə edilsin. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar