Məhkəmə qərarları › İş №3(057)-349/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-349/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-349/2023 11.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, X7 qızının katibliyi, Salyan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Salyan Rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1966-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonunun Arbatan kəndində yaşayan (hazırda Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən yataqxana) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayonu, Seyidlər kəndində yaşayan X2 29 mart 2023-cu il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərzə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Salyana şəhəri, 20 yanvar küçəsində yerləşən özünə məxsus təmir sexinin arxasında olan 140 manat dəyərində olan su matorunun və gidroforu oğurlayan nəməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması nəticəsində ona 100 manat maddi ziyan vurulduğun bildirmişdir. Həmin faktla bağlı Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Mirzəyev tərəfindən araşdırma aparılmış və 06 aprel 2023-cü il tarixli cinayət işinin başlanması rədd edilmişdir. X2 29 mart 2023-cu il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərzə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Salyan şəhəri, 20 yanvar küçəsində yerləşən özünə məxsus təmir sexinin arxasında olan 140 manat dəyərində olan su matorunun və gidroforu oğurlayan nəməlum şəxs və ya şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan rayon PŞ-nin İT və CAB-nə verilmişdir. Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 11 aprel 2023-cü il tarixli MN № 1690392/435 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 11 aprel 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən gidroforu oğurlayaraq 10 manat müqabilində metal qəbul məntəqəsinə verdiyini, aldığı pulla siqaret və spirtli içki aldığını bildirmişdir. Eyni zamanda əməlindən səmimi peşman olduğunu göstərərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs hüquqlarını müdafiə edən Salyan Rayon Vəkil Bürosunun vəkili X8 hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşman olmasını nəzərə alınaraq həbslə bağlı olmayan inzibati tənbeh növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Salyan rayon Polis Şöbəsinin İB-nin sahə rəisi, polis mayoru X4 məhkəmədə göstərdi ki, Şəxs bir neçə ünvanda oğurluq hadisəsi törətmişdir. Həmin oğurluq hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 10:00-da saxlanmış və Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs inzibati xəta haqqında iş üzrə verdiyi izahatında oğurluq eydiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati “həbs” növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəşinin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati “həbs” növündə inzibati tənbeh tətbiq olunmalıdır. - Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, 27 mart 2023-cü il tarixdə gecə saatlarında Salyana şəhəri, 20 yanvar küçəsində yerləşən təmir sexinin arxasından su matoru və gidroforu oğurlayaraq yaşadığı evə aparmış, missini çıxardıb 10 manata satmışdır. - Salyan Rayon Məhkəməsinin (057)-230/2023 saylı 10 mart 2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati “həbs” növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan rayon Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 11 aprel 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X5 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar