Məhkəmə qərarları › İş №3(057)-349/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-349/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-349/2024 18.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlu və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Yuxarı Noxudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 18 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 18 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-653/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 6567 manat aliment borcunu Nəzərova (Səfərova) Xatirə Sədrəddin qızına ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, sonuncu dəfə fevral ayında tələbkara 195 manat ödəniş etmişdir. Mart ayında uşağın ad günündə 55 manat dəyərində ərzaq məhsulları, hər uşağa 20 manat olmaqla, cəmi 40 manat və 50 manat da ev kirayəsi üçün tələbkara pulu vermişdir. Hazırda fərdi təsərrüfatlarda günəmuzd işləyir, yay fəsilində işləyib borcunu tam ödəyəcəkdir. Borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 göstərmişdir ki, borclu borcunu ödəmədiyi üçün barəsində protokol tərtib olunmuşdur. Sonuncu dəfə 1 sentyabr 2023-cü il tarixdə inzibati həbs olunmuşdur. Həmin vaxtdan sonra 6 ay müxtəlif məbləğlərdə tələbkara ödəniş etmişdir. Həmçinin bildirmişdir ki, tələbkar onunla mobil telefonla danışarkən borclu tərəfindən ona uşaqlarının ad günlərində heç bir ərzaq yardım göstərmədiyini və ona pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs müdafiəçisi Vəkil göstərdi ki, 6000 manat aliment borcu hissə-hissə yığılmışdır. Əvvəllər aliment ödəmədiyi vaxtlar olmuşdur. Ona görə də, nəzərə alınmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-653/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment xx.xx.1989cu il tarixdə Salyan şəhərində doğulmuş, işsiz, Salyan rayonu, Yuxarı Noxudlu kəndində qeydiyyatda olmaqla yaşayan cavabdeh Şəxs alınaraq, iddiaçı Nəzərova (Səfərova) Xatirə Sədrəddin qızına verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2019-cu il tarixdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-559/2019 saylı, 06 noyabr 2019cu il tarixli qərarının ksero surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-478/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərardan çıxarışın ksero surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəsinin 3(057)-849/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ksero surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 8 gün müddətində inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Coşqun İsmayılovun 09 aprel 2024-cü il tarixli qərarının surətindən görünür ki, borclu xx.xx.1989-cu ildə Salyan rayonunda anadan olmuş və Salyan rayonu, Yuxarı Noxudlu kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “mpay” ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli, 4093 saylı qəbzdən görünür ki, borclu tərəfindən 10 manat ödəniş edilmişdir. İş materiallarında olan “PashaPay” ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli, 50246 saylı qəbzdən görünür ki, borclu tərəfindən 151 manat ödəniş edilmişdir. İş materiallarında olan “PashaPay” ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli, 50262 saylı qəbzdən görünür ki, borclu tərəfindən 100 manat ödəniş edilmişdir. İş materiallarında olan “PashaPay” ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli, 50262 saylı qəbzdən görünür ki, borclu tərəfindən 5 manat ödəniş edilmişdir. İş materiallarında olan “mpay” ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli, 16340 saylı qəbzdən görünür ki, borclu tərəfindən 220 manat ödəniş edilmişdir. İş materiallarında olan “PashaPay” ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli, qəbzdən görünür ki, borclu tərəfindən 6 manat ödəniş edilmişdir. İş materiallarında olan “mpay” ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli, 29308 saylı qəbzdən görünür ki, borclu tərəfindən 150 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar aşkar edilmədi. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin 3(057)-849/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Məhkəmə qətnaməsinin uzun müddətdir ki, icra olunmamasını və tələbkarın şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İşdən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin tam ödənilməsindən yayınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 03 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 18 aprel 2024-cü il tarixdən, saat 12:30-dan hesablanmaqla, inzibati həbsin sonu 03 may 2024-cü il tarix, saat 12:30-dan hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar