Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-35/2024 16.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3, Borclu Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Volqoqrad, Frolov şəhərində anadan olmuş, Salyan rayonu Çuxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 16 yanvar 2024-cü il tarixli, MN ******* inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-373/2021 saylı, xx.xx.2021ci il tarixli və 2(057)-603/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 4110 manat aliment borcu və Salyan Rayon Məhkəməsinin 2(057)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cehiz əmlakların müəyyən hissəsinin dəyərini təşkil edən 2090 manat dəyərində əmlak borcu yaranmışdır. Borclu icra sənədlərini icra etməkdən imtina edir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(057)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 4110 manat aliment borcu və 2090 manat dəyərində əmlak borcu yaranmışdır. 18 noyabr 2022-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Salyan Rayon Məhkəməsinin 2(057)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə barəsində 01 ay müddətə inzibati həbs tətbiq edilmiş, lakin hazırki vaxtadək icra sənədlərini ödənilməmişdir. Borclu icra sənədləri üzrə borcunu ödəməkdən yayındığı üçün 07 dekabr 2023-cü il tarixdə barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən, onun tələbkar Zərərçəkmiş şəxs 4110 manat aliment və 2090 manat dəyərində əmlak borcu yaranmışdır. Hazırda işsizdir. Maddi imkanı olduqda borcunu ödəyəcəkdir. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Məhkəməsinin 2(057)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2016-cı ildə anadan olmuş Zahir və xx.xx.2017-ci ildə anadan olmuş Hüseyn adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci ildən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli, 47226/01 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və X1 cehiz əmlakların, qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyərinin və 30 manat dövlət rüsumunun iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclular Şəxs və X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 146098/05 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxslərə 10 gün müddət verilmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2021-ci il tarixli izahatın surətindən görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)-373/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcundan imtina etmədiyini, aliment borcunu yaxın müddətdə ödəyəcəyini bildirmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə razılaşmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 3(057)-960/2022 saylı qərardan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 1(bir) ay müddətinə inzibati həbs tətbiq edilmişdir. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)- 373/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcunu maddi imkanın olmaması səbəbindən ödəmədiyini, işlədiyi halda ödəyəcəyini bildirmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)- 603/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcunu maddi imkanın olmaması və bu günə kimi ödənilməmiş qalan 2090 manat əmlak pulunu işlədiyi halda ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş edilməməsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh, yəni cərimə tətbiq edilərsə, həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 yanvar 2024-cü il tarixdən, saat 15:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-35/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-35/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver