Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-353/2025 16.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Salyan rayonu, Şorsulu kəndində yerləşən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 22136.00 dolları məbləğində vəsaiti bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 17796.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarmamışdır. Xəta 08 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onların səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025 tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Cəmiyyətlərinə qarşı xx.xx.2023-cü il tarixində ödənilmiş 22136 ABŞ dolları məbləğində ödənilmiş vəsaitdən 17796 ABŞ dolları məbləğində ödənilən vəsaitə münasibətdə ölkəyə 2 il ərzində mal idxal olunmadığına görə EP №0191514 nömrəli protokol tərtib olunmuş və üzərlərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsinə əsasən cərimə inzibati tənbehi müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli 6-1-21/2-2977/25 saylı məktubla Salyan Rayon Məhkəməsinə müraciət olunmuş və xx.xx.2025-cü il tarixli, 3(057)-353/2025 saylı məhkəmə işi başlamışdır. Lakin aşağıda göstərilən səbəblərdən Azərbaycan Respublikasının Mərkəzi Bankının protokolu əsassız hesab olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixində ödənilmiş 22136.00 ABŞ dolları məbləğində ödənilmiş vəsait üzrə mallar ölkəyə xx.xx.2023-cü tarixli, **********9623 nömrəli,xx.xx.2023-cü tarixli, **********4805 nömrəli, xx.xx.2023-cü tarixli, **********7949, xx.xx.2023-cü il tarixli, **********4581 nömrəli yük gömrük bəyannamələri ilə mallar xx.xx.2023-cü il tarixli, D23-01/01 saylı müqavilə ilə idxal olunmuşdur. Yük gömrük bəyannamələrinin surətləri və E-customs.gov.az informasiya sistemindən xx.xx.2023-cü il tarixindən idxal məlumatlarını məhkəməyə ərizənin qoşmasında təqdim edilmişdir. Eləcə də təchizatçı şirkətlə kreditor borcların qarşılıqlı üzləşdirilmə aktı məktuba əlavə olunur. Qeyd edilənlərdən və sənədlərdən göründüyü kimi xx.xx.2023-cü il tarixli, D23-01/01 saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində ödənilmiş 22136 ABŞ dollarına münasibətdə mallar ölkəyə 2 ildən az müddətə idxal olunmuşdur. Cəmiyyətin Bank hesabından çıxarış hesabatı ərizəyə əlavə olunur. Yuxarıda qeyd olunanlara, xx.xx.2023-cü il tarixli, D23-01/01 saylı müqaviləyə, yük gömrük bəyannamələrinin surətlərinə və e-customs.gov.az informasiya sistemindən xx.xx.2023-cü il tarixindən idxal məlumatlarına, bank hesabından çıxarışa əsaslanaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025 tarixli, EP №0191514 nömrəli tərtib etdiyi protokol əsassızdır. Bu məqsədlə İXM-nin 430.4-cü maddəsinə əsasən müəyyən olunan cərimə inzibati tənbeh tədbirinin müəyyən olunması halı da əsassız hesab edilməlidir.Yuxarıda qeyd olunanları, xx.xx.2023-cü il tarixli, D23- 01/01 saylı müqaviləyə, yük gömrük bəyannamələrinin surətlərinə və e-customs.gov.az informasiya sistemindən xx.xx.2023-cü il tarixindən idxal məlumatlarına, Bank hesabından çıxarışa əsaslanaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixində tərtib olunan xx.xx.2025 tarixli, EP №0191514 protokolun etibarsız edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, MMC-nin səlahiyyətli nümayəndəsi bu əməliyyatlarla bağlı banka məlumat vermişdir. Onlara məlum olmayan səbəblərdən "xxxx" məlumatı sistemdə yerləşdirməmişdir. Onlara məlum olmayan səbəblərdən Azərbaycan Respublikasının Mərkəzi Bankın sistemində görünmür. Lakin ödəniş əsasında xaricdən alınan malların ölkəyə idxalı başa çatmışdır. Bununla bağlı banka sorğu verilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru Ramiq Quliyev Şəxs MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1 dediklərini bir daha təsdiq edərək, onunla razılaşmışdır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin direktoru Ramiq Quliyev tərəfindən X2 verilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən E.Məmmədovun Şəxs MMC-nin hüquqlarını məhkəmədə təmsil etmək səlahiyyət verilmədiyi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan İnternet Vergi İdarəsinin Kommersiya Qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından görünür ki, nizamnamə kapitalı 10 manat olan Şəxs MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişinin surətindən görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”n əsasən qabaqcadan ödəniş aparıldığı gündən ən geci 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən yük gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmasını, həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmət göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatlarına dair məlumatların müvafiq dövlət qrumlarına təqdim edilməli olduğunuBu hald cəmiyyuətə qarşı cərimələr tətbiq edilə biləcəyi barədə məlumatlandırılmışdır. Qeyd olunanları nəzərə alaraq xahiş edilmişdir ki, cədvəldə qeyd olunan qabaqcadan ödənişin açıq qalan məbləği üzrə malların ölkəyə daxil olması xidmətlərin göstərilməsi haqqında məlumatın "xxxx" ASC təqdim edilməsi bildirilmişdir. Cədvəldə göstərilir: tarix xx.xx.2023-cü il, köçürülən məbləğ - 22136.00 ABŞ, açıq qalan məbləğ 17796.00 ABŞ, müqavilənin nömrəsi - D23 01/01, müqavilənin tarixi - xx.xx.2023-cü il. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, KB-119/2-27/2025 nönrəli məktubun surətindən görünür ki, Şəxs MMC müştəri tərəfindən "xxxx" ASC vasitəsi ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”n əsasən qabaqcadan ödəniş aparıldığı gündən ən geci 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən yük gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmasını, həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmət göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatlarına dair məlumatların müvafiq dövlət qrumlarına təqdim edilməli olduğunu, bu halda cəmiyyətə qarşı cərimələr tətbiq edilə biləcəyi barədə məlumatlandırılmışdır. Qeyd olunanlar nəzərə alaraq xahiş edilmişdir ki, cədvəldə qeyd olunan qabaqcadan ödənişin açıq qalan məbləği üzrə malların ölkəyə daxil olması xidmətlərin göstərilməsi haqqında məlumatın Expressbanka təqdim edilməsi bildirilmişdir. Cədvəldə göstərilir: tarix - xx.xx.2023-cü il, köçürülən məbləğ - 22136.00 ABŞ, açıq qalan məbləğ 17796.00 ABŞ, müqavilənin nömrəsi - D23 01/01, müqavilənin tarixi - xx.xx.2023cü il. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır.Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.” İXM-in 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İXM-in 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddində cərimə təyin edilməsi daha məqsədəuyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 17796.00 ABŞ dolları valyuta vəsaitinin iyirmi faizi məbləğində, yəni 3559.2 (üç min beş yüz əlli doqquz ABŞ dolları iyirmi sent) ABŞ dolları qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindəki məlumata əsasən 16 aprel 2025-ci il tarixdə 1 ABŞ dolları 1,7 manata bərabər olmuşdur. Şərh olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi həcmində (17796 ABŞ dolları x 20:100 = 3559.2 ABŞ dolları x 1,7 = 6050.64 manat) - 6050.64 (altı min əlli manat altmış dörd qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-353/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-353/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver