Məhkəmə qərarları › İş №3(057)-356/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-356/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-356/2025 10.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Salyan rayonu Kolanı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ev 3-də yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 10 mart 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 1) Salyan Rayon Məhkəməsinin 2(057)-1434/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 2272.30 manat "xxxx" MMC-yə; 2) Salyan Rayon notariat ofsinin 8İ-6250 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 183 manat Zərərçəkmiş şəxs3 MMC-yə; 3) Salyan Rayon notariat ofsinin 8İ-6149 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 222.99 manat Zərərçəkmiş şəxs3 MMC-yə; 4) Salyan regional Asan Xidmət Mərkəzində notariat ofisinin 8İ-1718 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 6256.92 manat borcu "xxxx" ASC-yə; 5) Salyan Rayon Məhkəməsinin 2(057)- 2174/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1042 manat borcu Zərərçəkmiş şəxs4 MMC-yə ödəməmişdir. Ümumilikdə 9977.21 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək, bildirmişdir ki, protokol tərtib olunduqdan sonra Şəxs hər icra vərəqəsi üzrə ayrı-ayrılıqda 100 manat olmaqla, ümumilikdə 400 manat ödəniş etmişdir. Hazırda ümumi borcu 9577,21 manat təşkil edir. Odur ki, onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hal-hazırda işsizdir. Himayəsində biri azyaşlı olmaqla, dörd övladı var. Övladlarından biri 3-cü qrup əlildir, ona çox ağır dərəcəli eşitmə azlığı diaqnozu qoyulmuşdur. Bir övladı isə xəstəlikdən rəhmətə getmişdir. Ailənin yeganə gəliri valideynlərinin pensiyası və onun gündəlik fəhlə işindən qazandığı gəlirdir. Tikinti üzrə fəhlə işləməklə gündəlik 10-15 manat pul qazanır. Barəsində olan icra sənədləri üzrə "xxxx" MMC, Zərərçəkmiş şəxs3 MMC, "xxxx" ASC, Zərərçəkmiş şəxs4 MMC-yə borclu olduğundan xəbərdardır. Ailə vəziyyəti ilə bağlı olaraq dövlət işindən çıxdığına görə borclarını ödəyə bilməmişdir. Adına daşınar və ya daşınmaz heç bir əmlak yoxdur. Borcu ödəməkdən qərəzli şəkildə yayınmır. Bu gün hər icra vərəqəsi üzrə ayrı-ayrılıqda 100 manat olmaqla, ümumilikdə 400 manat ödəniş etmişdir. Hər ay borclarından ümumi olaraq 150 manat ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan regional Asan Xidmət Mərkəzində notariat ofisinin 8İ-1718 saylı, xx.xx.2024cü il tarixli icra qeydindən görünür ki, borclu Şəxs müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6231.92 manat pulun və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6256.92 manat pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan regional Asan Xidmət Mərkəzində notariat ofisinin 8İ-1718 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və həmin tarixdə tələbin 10 gün müddətində könüllü icra olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1434/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 689 manat əsas, 103.30 manat cərimə, cəmi 792.30 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1257 manat əsas, 188.50 manat cərimə, cəmi 1445.50 manat və 34.50 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 MMC-nin hesabına köçürülməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1434/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış başlanılmış və həmin tarixdə tələbin 10 gün müddətində könüllü icra olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubun surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1434/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin etməyi üçün xx.xx.2024-cü il il tarixdə ödəniş sənədlərini təqdim etməklə icra şöbəsinə gəlməsi tələb olunmuş, əks halda barəsində 528.1-ci maddəsinə əsasən inzibati və CMnin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməyi üçün məcburi icra tədbirlərinin həyata keçiriləcəyi bildirilmişdir. Salyan regional Asan Xidmət Mərkəzində notariat ofisinin 8İ-6149 saylı, xx.xx.2024cü il tarixli icra qeydindən görünür ki, borclu Şəxs BL767365 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 197.99 manat pulun və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 222.99 manat pulun tutularaq Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan regional Asan Xidmət Mərkəzində notariat ofisinin 8İ-6149 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və həmin tarixdə tələbin 10 gün müddətində könüllü icra olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. Salyan regional Asan Xidmət Mərkəzində notariat ofisinin 8İ-6250 saylı, xx.xx.2024cü il tarixli icra qeydindən görünür ki, borclu Şəxs BL752625 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 158 manat pulun və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 183 manat pulun tutularaq Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan regional Asan Xidmət Mərkəzində notariat ofisinin 8İ-6250 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və həmin tarixdə tələbin 10 gün müddətində könüllü icra olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-2174/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 529.90 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.10 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 418.60 ödənilməmiş hissə, 41.40 manat cərimə ümumilikdə 1042 manat borc, 30.42 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-2174/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və həmin tarixdə tələbin 10 gün müddətində könüllü icra olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə 100 manat, "xxxx" MMC-nin xeyrinə 100 manat, "xxxx" ASC-nin xeyrinə 100 manat ödəniş olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “şəxsin fərdi məlumatları” bölməs(lər)ində görünür ki, Şəxs xx.xx.2007-ci təvəllüdlü X6, xx.xx.2011-c il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 “BERA” testi əsasında “iki tərəfli çox ağır (İV) dərəcəli sensonevral eşirmə azlığı” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədləri üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, onun törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə işin digər hallarının olduğunu nəzərə alaraq, onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da, inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar