Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-361/2025 03.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş MN ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş MN № ******* saylı, 06 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan şəhəri, X4 küçəsi, 39 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə 06 mart 2025-ci il tarixdə, saat 10:30 radələrində plan üzrə yoxlama aparılan zaman aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin Ə-42 nömrəli, 06 mart 2025-ci il tarixli plan üzrə (növbəti) yoxlama aktı ilə təsdiq edilir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, Şəxs MMC əvvəllər inzibati məsuliyyətə məruz qalmamışdır. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən aşkar olunmuş nöqsanlar qısa müddət ərzində aradan qaldırılmışdır. Odur ki, barələrində olan inzibati xəta haqqında iş üzrə minimum həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış material ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 19 fevral 2025-ci il tarixli Çıxarışdan görünür ki, Ə-42 nömrəli, 06 mart 2025-ci il tarixli plan üzrə (növbəti) yoxlama keçirilməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin 24 fevral 2025-ci il tarixli qərarından görünür ki, Salyan şəhəri, X4 küçəsi, 39 ünvanında yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin planlı (növbəti) yoxlama aparılması yoxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Publik hüquqi şəxsinin Ə-42 nömrəli, 06 mart 2025-ci il pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktından görünür ki, Salyan şəhəri, X4 küçəsi, 39 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə plan üzrə aparılan yoxlama zamanı MMC-yə məxsus aptekdə otaqların divarları və döşəməsi hamar olmaqla özündə toz saxlayan və dizenfeksiyaedici vasitələrin istifadəsi ilə təmizləməyə davamlı olmadığı faktı aşkar edilərək, fakt üzrə İXM-nin 452.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Salyan şəhəri, X4 küçəsi, 39 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə 06 mart 2025-ci il tarixdə, saat 10:30 radələrində plan üzrə yoxlama aparılan zaman aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkarlanmışdır. Bunula da Şəxs MMC tərəfindən İXM-in 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması (aptekdə otaqların divarları və döşəməsi hamar olmaqla özündə toz saxlayan və dizenfeksiyaedici vasitələrin istifadəsi ilə təmizləməyə davamlı olmadığı faktı aşkar edilərək, aptekin əsaslı təmirə ehtiyacı olması, sanitar qovşağın sanitar normalara uyğunlaşdırılması) İXM-in 452.3-cü maddələrinin pozulması kimi qiymətləndirilməlidir. İXM-nin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə prosesində İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 452.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-361/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-361/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver