Məhkəmə qərarları › İş №3(057)-368/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-368/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-368/2023 13.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X14 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Salyan rayonunun, Qızılağac kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 13 aprel 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elvin İsgəndərovun oğlu tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 13 aprel 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-615/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1200 manat, (057)- 615/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən 1600 manat aliment borcu Naqiyev X2 Fərqanə Raqil qızına ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, 12 aprel 2023-cü il tarixdə saat 18:00 radələrində polis əməkdaşları tərəfindən saxlanmışdır. Hazırda Bakı şəhərində fərdi əməklə məşğul olur, gündəlik qazancı 10-15 manatdır. 3 ay vaxt verilərsə aliment borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 göstərmişdir ki, Şəxs icra sənədi üzrə ödəməli olan borcunu ödəmir. Dəfələrlə Şəxslə telefon vasitəsi ilə əlaqə saxlamışlar, icra şöbəsinə dəvət edərək aliment borcunun ödənilməsini təklif etsələr də heç bir nəticəsi olmamışdır. O, müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınır. X1 şikayətçidir. Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. - 13 aprel 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. - Salyan Rayon Məhkəməsinin 2(057)-615/2022 saylı, 05 may 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat miqdarında aliment alınaraq X8 verilməsi qərara alımışdır. - Salyan Rayon Məhkəməsinin 2(057)-615/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat miqdarında aliment alınaraq X8 verilməsi qərara alımışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2022-ci il tarixdə Borcluya təqdim edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2022-ci il tarixdə Borcluya təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-615/2022 saylı, 20 iyun 2022-ci il tarixli inzibati xəta haqqında qərardan çıxarışda görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs tədbiq edilmişdir. - xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olan Şəxs barəsində axtarışın elan edilməsi qərara alınmışdır. - X6 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)-615/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra sənədi üzrə aliment borcunu imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmiş və 3 ay müddətinə ödəyəcəyini bildirmişdir. - X6 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)-615/2022 saylı, 05 may 2022-ci il tarixli icra sənədi üzrə aliment borcunu imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmiş və 3 ay müddətinə tam şəkildə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddətdir ki, icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, 2800 manat aliment borcunun qaldığını, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 12 aprel 2023-cü il tarixdən, saat 18:00-dan hesablanmaqla, inzibati həbsdən sonu 22 aprel 2023-cü il tarix, saat 18:00 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar