Məhkəmə qərarları › İş №3(057)-37/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-37/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-37/2023 02.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, inzibati xəta haqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsiştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN-№ ******* nömrəli inzibati xəta haqqında protokola və həmin protokollara əlavə olunmuş sənədlərə 02 fevral 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN-№ ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş 26 oktyabr 2022-ci il tarixli MN No ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:20-də fiziki şəxs Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Salyan şəhər, Y.Qasımov və E.İmanov ünvanlarda yerləşən anbarlarda keçirilən vergi nəzarət tədbirləri zamanı yoxlamanın keçirilməsinə maneçilik törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 bildirmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin 24 oktyabr 2022-ci və 25 oktyabr 2022 -ci il tarixli qərarlarına əsasən 26 oktyabr 2022-ci ildə fərdi sahibkar Şəxs (VÖEN**********) Salyan şəhəri, Y.Qasımov və E.İmanov küçəsində yerləşən anbarlarda əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi və malların vergi sənədləri əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilməsi üçün təsərrüfat subyektlərindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturaların tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə vergi nəzarəti tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Şəxs əməkdaşların qanuni fəaliyyətinə maneçilik törətmiş,onları hədələyərək təxribata cəlb etməklə vergi orqanı əməkdaşlarnın qanuni fəaliyyətlərinin həyata keçirilməsinə mane olmuş və əməkdaşları obyektə buraxmamışdır. Lakin 26 oktyabr 2022-ci ildən sonrakı müddətdə vergi işçiləri Fariz və Elşad anabara buraxılmış və malları saymışlar. Özü yoxlama zamanı qeyd olunan obyektlərdə olmadığı üçün konkret olaraq hadisə barədə məlumatı yoxdur. Lakin tərtib olunmuş protokol qanuna müvafiq qaydada tərtib olunduğundan fərdi sahibkar haqqında qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən “X5” marketinə aid Y.Qasımov və E.İmanov küçələrindəki anbarlara heç bir vergi əməkdaşı getməmiş və anbarlarda yoxlama aparılmamışdır. Qeyd olunan anbarlarda heç bir satış həyata keçirilmir, anbarlarda yalnız mal saxlanılır.Anbarlara dair onun barəsində tərtib olunmuş protokoldan məlumatı olmamış, protokol onun iştirakı ilə tərtib olunmamış və imza olunması üçün ona təqdim olunmamışdır.Eyni zamanda anbarlar barədə tərtib olunmuş protokol əsassızdır. Lakin vergi əməkdaşları həmin anbarlarda olmuş və malları sayaraq hətta onlara 22.000 manat cərimə də yazmışlar. Həmin anbarlarda heç bir ticarət aparılmır. Odur ki, barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən X2 bildirmişdir ki, vergi işçilərinin şikayət etdiyi obyektlər ona məxsusdur, lakin obyektləri işlədən Şəxsdar.15 mart 2022-ci ildə alverin qızğın vaxtında vergi işçiləri ona məxsus obyektə xronomeraj qaydasında yoxlama açmış və və onu 400000 manat cərimə etmişlər. Növbəti yoxlama 6 aydan sonra olunmalı olduğu halda onunla qərəzli münasibətlərə görə təkrar yoxlama aparmaq üçün qərar qəbul etmişlər.Ona görə də vergi işçilərinin qanunsuz hərəkətlərinə etiraz əlaməti olaraq 20 oktyabr 2022-ci ildə üzərinə benzin tökərək özünü yandırmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər.Vergi işçiləri anbarda yoxlamanın aparılmasına şərait yaradılmamasını bildirdikləri halda həmin yoxlama dövründə ona məxsus anbarlarda vergi işçiləri olmuş və yoxlama apararaq onu 22.000 manat cərimə etmişlər. Məhkəmədə elan olunmuş 26 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, fərdi sahibkar Şəxs Salyan şəhəri, Y.Qasımov və E.İmanov küçələrində yerləşən saxlanc və satış təyinatlı anbarda xx.xx.2022-ci ildə saat 12:00-dan 12:20-dək OVN tədbirləri həyata keçirilmiş və X2 obyektə gələrək yoxlama prosessinə maneçilik törədərək provakativ hərəklər etmiş, maliyyə sanksiyası tətbiq olunacağı təqdirdə özünü 5 saylı ƏVİ-nın qarşısında yandıracağını bildirmiş və təhqiramiz ifadələr işlətmişdir. İşə əlavə olunmuş qərarların və digər sənədlərin surətindən görünür ki, Şəxs “X5” marketi ilə üzbəüz anbar və Salyan şəhəri, E.İmanov küçəsində malların saxlanması və topdansatış fəaliyyətin yoxlanlması nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Şəxs barəsində protokol tərtib olunarkən sonuncudan inzibati xətanın mahiyyəti üzrə izahat alınmamış, protokol sonuncunun iştirakı olmadan tərtib olunmuş, tərtib olunmuş protokollar yarımçıq olmuş, barəsində inzibati protokol tərtib olunmuş şəxsin hüquq və vəzifələri izah olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi və həmçinin konkret olaraq xətanın mahiyyəti protokolda qeyd olunmamışdır. İnzibati xətanın obyektiv cəhəti protokolda tam öz əksini tapmamış, yəni Şəxs hərəkətləri konkret olaraq nədən ibarət olması qeyd olunmamışdır. Protokolun Şəxs iştirakı olmadan tərtib olunduğu məhkəmənin 24 noyabr 2022-ci il tarixli qərardadında öz əksini tapmışdır. Qeyd edilənələrə görə Fərdi sahibkar Şəxs (VÖEN**********) barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Salyan Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi qərardadla geri qaytarılmış protokol və sənədləri heç bir araşdırma aparmadan və qərardadda qeyd olunmuş nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə qaytarılmışdır. Məhkəmə tərəfləri dinləyib, işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxaşı zamanı aydın olmuşdur ki, fərdi sahibkar Şəxs (VÖEN**********) hərəkətlərində inzibati xəta tərkibi yoxdur, onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 602.4-cü maddəsində nəzərdə tutulmuş maddənin dispazisiyasında qeyd olunan hərəkətlər mövcud deyildir. Obyektə aid anbarlarda yoxlamanın keçirilməsinə maneçilik törədən hər hansı bir hal barədə protokolu tərtib edən orqan məhkəməyə sübut təqdim edə bilməmiş, əksinə həmin orqanın nümayəndəsi məhkəmədə 26 oktyabr 2022-ci ildən sonrakı müddətlərdə əməkdaşların həmin anbarlarda olduğunu və malların sayıldığını etiraf etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxsin barəsində tərtib olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun olmamış və yol verilmiş nöqsanların aradan qaldırılması üçün materiallar protokolu tərtib etmiş orqana qaytırılmasına baxmayaraq nöqsanlar aradan qaldırılmadan həmin sənədlər təkrar məhkəməyə qaytarılmışdır.Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası İXM-nın 602.4-ci maddəsində qeyd olunmuşdur ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. 115.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 115.3. İnzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. 115.4. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir; 115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; 115.4.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir; 115.4.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilir. 115.5. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Fərdi sahibkar Şəxs (VÖEN**********) barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli protokol əsasında olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar