Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-37/2024 17.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 oğlunun, Tələbkar - Zərərçəkmiş şəxs2 Əlmərdan qızı və Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X4 xadimə vəzifəsində işləyən, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 17 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 17 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 17 yanvar 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1171/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 23815 manat Zərərçəkmiş şəxs1, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)- 1182/2023 saylı icra vərəqəsinə əsasən 29904 manat Zərərçəkmiş şəxs2 Əlmərdan qızına və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1250/2023 saylı icra vərəqəsinə əsasən 19268.36 manat məbləğində pul Zərərçəkmiş şəxs3 ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 protokolu müdafiə edərək bildirdi ki, icraatlarında Şəxs borclu olması barədə üç icra sənədi var. Borclu icra sənədlərini icra etmir. Tələbin könüllü qaydada icrası haqqında ona bildiriş təqdim edilmişdir. Buna baxmayaraq o, borcunu ödəmək üçün heç bir təşəbbüs göstərməmişdir. Odur ki, protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, protokol ilə tanış olmuşdur. Həmin protokol onun iştirakı ilə tərtib olunmuşdur. O bütün qızılları alaraq Sevinc adlı şəxsə vermişdir. Onun bu işdə səhvi Sevincə inanması olmuşdur. İmkanı olmadığı üçün məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermədiyini, Bakı şəhərində fəaliyyət göstərən, adını xatırlamadığı vəkillə danışdığını, onunla müqavilə bağlayıb qətnamədən apellyasiya şikayəti verəcəyini nəzərə alaraq ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs2 Əlmərdan qızı bildirdi ki, Onun Aygünə qarşı vermiş olduğu iddiası ilə bağlı artıq məhkəmə qətnaməsi çıxmışdır. Halhazırda qətnamə icra mərhələsindədir. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddət keçmişdir. Borclu onun borcundan heç bir ödəniş etməmişdir. Bir ildən artıq müddətdir ki, ona borcludur. Şəxs vaxt verilməsini istəmir. Borclunun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs3 bildirdi ki, Aygün ona olan borcundan ödəməmişdir. Borcluya vaxt verilməsini istəmir. O, onun borcunu ödəmək istəmədiyi üçün məhkəmə prosesindən əvvəldə olduğu kimi vaxt istəyir. Borclunun barəsində qanuna uyğun tədbir görülməsə məsuliyyət hiss etməyəcəkdir. Ona görə də, Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə tələbkar Zərərçəkmiş şəxs1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1171/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(057)-1182/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(057)-1250/2023 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1171/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 23650 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165.95 manat məbləğində pulun iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1171/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 23650 manat və dövlət rüsumu kimi ödənilmiş 165.95 manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. İcra vərəqəsində göstərilən borcun könüllü qaydada ödənilməsi üçün icra məmuru tərəfindən ona rəsmi bildiriş təqdim olunmuşdur. Bugünə kimi borcunun heç bir hissəsini ödəməmişdir. Borcun ödənilməsi barədə məhkəmə qərarından xəbəri vardır. Borcunu ödəmək fikri yoxdur. Qərardan apellyasiya şikayəti verəcəkdir. Məhkəmə qərarını icra etməyəcəyi halda Azərbaycan Respublikası İXM-nin 528.1 və CM-nin 306-cı maddəsinə əsasən məsuliyyət barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)- 1182/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 29725 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 179.19 manat məbləğində pulun iddiaçı Zərərçəkmiş şəxs2 Əlmərdan qızının xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1182/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 29725 manat və dövlət rüsumu kimi ödənilmiş 179.18 manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 Əlmərdan qızına ödənilməsi qərara alınmışdır. İcra vərəqəsində göstərilən borcun könüllü qaydada ödənilməsi üçün icra məmuru tərəfindən ona rəsmi bildiriş təqdim olunmuşdur. Bugünə kimi borcunun heç bir hissəsini ödəməmişdir. Borcun ödənilməsi barədə məhkəmə qərarından xəbəri vardır. Borcunu ödəmək fikri yoxdur. Qərardan apellyasiya şikayəti verəcəkdir. Məhkəmə qərarını icra etməyəcəyi halda Azərbaycan Respublikası İXM-nin 528.1 və CM-nin 306-cı maddəsinə əsasən məsuliyyət barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)- 1250/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 19121 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 147.36 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1250/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 19121 manat və dövlət rüsumu kimi ödənilmiş 147.36 manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsi qərara alınmışdır. İcra vərəqəsində göstərilən borcun könüllü qaydada ödənilməsi üçün icra məmuru tərəfindən ona rəsmi bildiriş təqdim olunmuşdur. Bugünə kimi borcunun heç bir hissəsini ödəməmişdir. Borcun ödənilməsi barədə məhkəmə qərarından xəbəri vardır. Borcunu ödəmək fikri yoxdur. Qərardan apellyasiya şikayəti verəcəkdir. Məhkəmə qərarını icra etməyəcəyi halda Azərbaycan Respublikası İXM-nin 528.1 və CM-nin 306-cı maddəsinə əsasən məsuliyyət barədə xəbərdar olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarlarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədlərinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, aparılan Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə araşdırmasında aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qətnamələrinin icra olunmamasını və tələbkarların şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbehi tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-37/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-37/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver