Məhkəmə qərarları › İş №3(057)-372/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-372/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-372/2023 03.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə barəsində Salyan rayon PŞdən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə MN seryalı № 1690013/462 saylı 14 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında MN seryalı № 1690013/462 saylı 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 08 fevral 2023-cü il tarixdə, Salyan rayonu, Həsənli kəndi ərazisində icazə olmadan qanunsuz olaraq dovşan ovlaması müəyyən edilmişdir. Bununla əlaqədar Salyan rayon PŞ-nin sahə rəisi, polis mayoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə MN seryalı № 1690013/462 saylı, 14 aprel 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çıxış edərək bildirdi ki, 08 fevral 2023-cü il tarixdə yaşayış yerimizdən aralıda yerləşən pay torpaqlarımızda gəmiricilərin taxıl zəmisini məhv etməməsi üçün və vəhşi heyvanlardan qorunmaq üçün sənədli ov tüfəngini özü ilə götürmü, həmin sahədə dovşan ovlayarkən iki mülki geyimli şəxs onun tüfəngini əlindən almışdır. Etdiyi hərəkətə görə peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə sonuncunun iştirakları olmadan işə baxılmasını mümkün sayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 29 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbapycan Respublikası İXM-nın 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Salyan rayon PŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan qərardan görünür ki, Şəxs adına bir ədəd təklüləli, 12 kalibirli, “MAGNUM” markalı, 63900 nömrəli yivsiz ov tüfəngi 17 iyun 2020-ci il tarixdən və Salyan rayon PŞ-nin odlu silahın uçot və qeydiyyatı kitabında qeydiyyatdadır. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılmasını dahya məqsədəmüvafiqdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatı, törətdiyi inzibati xətaya görə peşman olmasını, ailə vəziyyətini, həyat şəraitini nəzərə alaraq hesab edir ki, onun ov hüququnun məhdudlaşdırılması daha təsirli tədbirdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək ov hüququ 01 (bir) il 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar