Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-373/2023 03.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin kiçik inspektoru X1 iştirakı ilə, xx.xx.1972-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə MN seriyalı № ******* nömrəli 10 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı № ******* nömrəli 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 10 aprel 2023-cü il tarixdə, saat 14:15-də Ələt-Astara şosesinin Salyan rayon mərkəzi avtovağzalın yaxınlığında “FORD Transit” markalı **-FH-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Şəxs yükdaşıma fəaliyyəti həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməmişdir. Bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin kiçik inspektoru X3 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası 61.3-cü maddəsinə əsaslanaraq, məhkəmə Şəxs iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin nümayəndəsi X4 göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə, saat 14:15-də Ələt-Astara şosesinin Salyan rayon mərkəzi avtovağzalın yaxınlığında “FORD Transit” markalı **-FH-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Şəxs yükdaşıma fəaliyyəti həyata keçirilməsi üçün sənədlərin təqdim edilməsi tələb olunsa da, o, fəqlənmə nişanı almağa maddi imkanının olmadığını bəhanə gətirərək sənədlərin olmadığını bildirdi. Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər aylıq “fəqlənmə nişanı” almalıdı. “FORD Transit” markalı **-FH-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili üçün “fərqlənmə nişanı” olmadan Şəxs yükdaşıma fəaliyyəti ilə məşğul olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, Şəxs fərqlənmə nişanı almağa maddi imkanı olmadığını bildirmiş və aktı imzalamamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin müdiri Fizuli Məmmədov tərəfindən ünvan 1 ünvanında yaşayan Şəxs ünvanlanmış 10 aprel 2023-cü il tarixli, 21- 140 saylı bildirişin surətindən görünür ki, 10 aprel 2023-cü il tarixində İXM-nin 552-ci maddəsi ilə barəsində MN seriyalı № ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunduğu barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edildi ki, səlahiyyətli orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Resrublikası İXM-nin 552-ci madəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinin tələblərin, inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-373/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-373/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver