Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-374/2025 12.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin polis sahə rəisi, polis kapitanı X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Salyan rayonu, Noxudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Salyan rayonu, Xurşud kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə tərtib olunmuş, 12 mart 2025-ci il tarixli MN № 1954308/73 saylı inzibati xəta haqqında protokol Salyan Rayon Polis Şöbəsi (bundan sonra - Salyan RPŞ) tərəfindən baxılması üçün 12 mart 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayon Xurşud kəndində həmkəndlisi Zərərçəkmiş şəxs bədən nahiyəsinə müxtəlif xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs döyməmişdir. Həyətini su basdığı üçün su şılanqını açıb çölə atan zaman Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Böyükxanım onun əlinə cırmaq atdığı üçün həmin vaxt onu əli ilə itələmişdir. Zərər çəkmiş şəxs Böyükxanım onunla barışarsa, o, da barışmağa razıdır. Xəstəlikdən əziyyət çəkir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə barışmaq fikri yoxdur. Böyükxanım gələrək su şlanqını çıxarıb atmışdır. O öz etirazını bildirən zaman Şahsənəm onun ayağına və başına yumruq və təpiklə vurmuşdur. Özünü müdafiə məqsədi ilə ilə Böyükxanımın əlinə bilmədən cırmaq atmışdır. Hadisəni qonşular görsə də onlar təzə köçdükləri üçün onların adını bilmir. Şəxs qarşı məhkəməyə dəymiş zərərlə bağlı müraciət edəcəkdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin polis sahə rəisi, polis kapitanı X4 protokolu müdafiə edərək, protokolun təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X3 18 fevral 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində isə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Rayon Polis Şöbəsinin X1 verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X3 18 fevral 2025-ci il tarixli raportundan görünür ki, Salyan rayonu, Xurşud kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X5 və Salyan Rayon Polis Şöbəsinə müraciət edərək, həmin tarixdə saat 14 radələrində həmkəndlisi Şəxs tərəfindən döyülməsini bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-də “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 254 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Salyan rayonu, Xurşud kəndində yaşayan Şəxs 11 fevral 2025-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 14 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Araşdırma zamanı toplanmış material üzrə Zərərçəkmiş şəxs və Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanda Zərərçəkmiş şəxs və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmaları və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, araşdırma zamanı xx.xx.2025-ci il tarixli 83 nömrəli Canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol gicgah, sol budun aşağı 1/3-nin bayır səthinin qançırları küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə ağac parçası ilə vurma nəticəsində əmələ əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 157ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməlidir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə aşağı həddə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 114, 115 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-374/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-374/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver