Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-377/2025 02.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hafiz oğlunun iştirakları ilə xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, "xxxx" MMC-də xadiməçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Hafiz qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs Hafiz qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232- 1-ci maddəsi ilə MN seriyalı 1954146/80 nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, vətəndaş Şəxs Hafiz qızı xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs maşınına ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Hafiz qızı izahatında göstərmişdir ki, Salyan Regional “ASAN xidmət” Mərkəzində xadiməçi işləyir. Uşağı xəstədir. Zərərçəkmiş şəxs onun üzərinə avtomobil sürdüyü üçün özünü müdafiə etmək məqsədi ilə avtomobilin qapısına yüngül təpik vurmuşdur. Avtomobilin şüşəsini sındırmamışdır. Bu barədə polis şöbəsində izahat verərkən də göstərmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Salyan Rayon Məhkəməsinə müəyyən edilmiş alimentin məbləğinin artırılması ilə bağlı müraciət etdiyi üçün Zərərçəkmiş şəxs ondan narazı qalmışdır. Ona görə də onun üzərinə idarə etdiyi avtomobili sürmüşdür. xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarın surəti ona göndərilmədiyi üçün ondan şikayət verməmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 30 avqust 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsində keçirilən məhkəmə iclasından sonra Şəxs Hafiz qızı ilə aralarında mübahisə yaranmışdır. O məhkəmədən çıxanda avtomobilinin şüşəsinin sınıq olduğunu görmüşdür. Əlavə olaraq bildirmişdir ki, Şəxs Hafiz qızı avtomobilin qapısına təpik vurduğu üçün avtomobilin sağ arxa qapısında batıq yaranmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarın surəti ona verilməmişdir. Dəfələrlə DİN-in 102 xidmətinə bu barədə şikayət etmişdir. Avtomobilin alın şüşəsinin Şəxs Hafiz qızı tərəfindən sındırılmasını görməmişdir. Qapıya təpik vuran şüşənidə sındıra bilər. Güman edir ki, açarla şüşə sındırılmışdır. Dəyən zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin İTB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin İTB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seryalı ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan və həmin tarixli MN seryalı 1954146/80 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Hafiz qızı İXM-in 232-1-ci maddəsinin tələblərini pozmuşdur. xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə yazdığı ərizə əsasında toplanmış material üzrə Şəxs Hafiz qızının əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Hafiz qızının barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN seryalı ******* nömrəli qərardan görünür ki, Şəxs Hafiz qızı barəsində İXM-nin 232-1-ci maddəsinə uyğun olaraq başlanılmış iş üzrə icraat 38.5-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs Hafiz qızı barəsində İXM-in 232- 1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və araşdırma aparılması qərara alınmışdır. Məhkəmə, tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Hafiz qızı barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 38.3-ci maddəsinin tələbinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir”. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur: “Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İXM-in 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən üç ay keçdiyi üçün inzibati məsuliyyətə cəlb oluna bilməz. Hazırki iş üzrə “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar xx.xx.2024-cü il tarixdə qəbul edildiyini və həmin vaxtdan 3 aydan çox müddət keçdiyindən Şəxs Hafiz qızı barəsində inzibati tənbeh verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs Hafiz qızı tərəfindən İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə törədilmişdir. Şəxs Hafiz qızının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs Hafiz qızı barəsində İXM-in 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan Rayon Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Daha sonra yəni xx.xx.2025-ci il tarixdə Şəxs Hafiz qızı barəsində İXM-in 232-1-ci maddəsi ilə inzibtai xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. İXM-in 232-1 maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Mövcud qanunvericiliyə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə törədilmişdir. İnzibati materiala məhkəmədə baxılan zaman isə İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddəti keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hafiz qızı barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs Hafiz qızı barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən MN seriyalı 1954146/80 nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 38, 40.0.1, 43, 48-51, 53, 105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Hafiz qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-377/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-377/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver