Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-38/2023 02.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, inzibati xəta haqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN-№ ******* nömrəli inzibati xəta haqqında protokola və həmin protokollara əlavə olunmuş sənədlərə 02 fevral 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN-№ ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:45-də fiziki şəxs Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “X9” marketdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı obyektin faktiki sahibi X4 tərəfindən yoxlamanın keçirilməsinə maneəçilik törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 bildirmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarlarına əsasən fərdi sahibkar Şəxs (VÖEN**********) ünvan 2 ünvanda yerləşən “X9” adlı təsərrüfat obyektində xx.xx.2022-ci ildə orta günlük dövriyyəsini müəyyən etmək məqsədi ilə xronometraj metodu ilə müşahidə aparılması,nağd hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, malların vergi sənədləri əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilməsi üçün təsərrüfat subyektlərindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturaların tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə vergi nəzarəti tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Qəbul olunmuş qərarlar əsasında vergi əməkdaşları R.Cəfərli və F.Əzizov xx.xx.2022-ci ildə saat 18:10 radələrində onalar öz vəsiqələrini təqdim edərək yoxlamaya başlamışlar.Orada R.Əhmədov adlı şəxs öz telefonununu vergi işçisi Farizə verərək obyektin sahibi onunla danışmasını istəməsini demişdir.Obyektin sahibi onunla danışarkən narazılıq etdiyini bildirmişdir. Vergi işçiəri bu barədə dərhal idarəyə məlumat vermişlər.Daha sonra vergi idarəsindən polisə məlumat verilmiş və polis əməkdaşları obyektə gəlmişlər.Saat təqribən 9:50-də A.Cəfərov obyektə gələrək obyektin qarşısında üzərinə benzin tökərək özünü yandırmaq istəmiş, polis əməkdaşlarının müdaxiləsinin nəticəsində onun hərəkətləri dayandırılmışdır.Həmin vaxt yoxlamanın keçirilməsi mümkün olmamış və bu barədə akt tərtib olunmuşdur.Həmin sənədlər məhkəməyə göndərilmiş, lakin məhkəmədən sənədlər idarəyə qaytarılmışdır.Daha sonra sənədlər yenidən məhkəməyə qaytarılmışdır. Şəxs əməkdaşların qanuni fəaliyyətinə maneçilik törətmiş, təxribata cəlb etməklə vergi orqanı əməkdaşlarnın qanuni fəaliyyətlərinin həyata keçirilməsinə mane olmuş və əməkdaşları obyektə buraxmamışdır.Ona görə də şəxs haqqında qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən “X9” marketi özü işlədir, lakin obyekt Anar Cəfərova məxsusdur.İşlətdiyi mağazanın Y.Qasımov və E.İmanov küçələrində anbarları var, həmin anbarlarda mal saxlanılır.Qeyd olunan yerlərdə heç bir satış həyata keçirilmir və hər iki anbarda kameralar quraşdırılmış və kameralardan bunu aydın görmək mümkündür. 20 oktyabr 2022-ci ildə səhər saatlarında 2 nəfər mağazaya gəlmiş, onlar iki su və bir ədəd qoğal almışlar.Onlar kassada pulu verərək çek almadan mağazadan çıxmışlar.Daha sonra geri qayıdaraq özlərini təqdim edərək vergi işçiləri olduqlarını demiş və xronometraj qaydada yoxlama aparmaq isətdikəlrini bildirmişlər.Onlara heç nə deməmiş və onlar kassanın yanında qalaraq müşahidə aparmağa başlamışlar.Bir müddət sonra onlar çölə çıxıb yenidən içəri daxil olmuşlar.Daha sonra mağazanın sahibi Anar ora gəlmiş və onunla danışmışlar. Anar vegi işçilərinin qanunsuz hərəkətlərinə etiraz olaraq üzərinə benzin tökərək özünü yandırmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməməmişlər. Vergi əməkdaşları 2022-ci ilin mart ayında bayram ərəfəsində xronometraj qaydada yoxlama keçirmiş və onları cərimə etmişlər.Aydın məsələdir ki, mart ayında bayram ərəfəsində alver adi günlərə nisbətdə çox olur. Həmin yoxlamadan 6 ay keçməmiş yenidən yoxlamanın aparılması qanunvericiliyin tələbinə zidd olmuşdur.Vergi işçiləri 20 oktyabr 2022-ci ildə protokolu obyektdə onun yanında tərtib etməmiş və ondan protokol əsasında izahat almamış və ondan protokolu imza etməyi tələb etməmişlər.Anarın üstünə benzin tökmə hadisəsindən sonra vergi əməkdaşları getmiş və saat təqribən 18-19 aralarında geri qayıtmışlar.Onlar dükanın nə vaxt bağlanacığını soruşaraq çıxıb getmişlər. 20 oktyabr 2022-ci ildən sonrakı bir həftə ərzində vergi əməkdaşlarından 2 nəfəri daim mağazada olmuşdur.Onun barəsində tərtib olunmuş protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X4 bildirmişdir ki, vergi işçilərinin şikayət etdiyi obyektlər ona məxsusdur, lakin obyektləri işlədən Şəxsdar.15 mart 2022-ci ildə alverin qızğın vaxtında vergi işçiləri ona məxsus obyektə xronomeraj qaydasında yoxlama açmış və və onu 400000 manat cərimə etmişlər. Növbəti yoxlama 6 aydan sonra olunmalı olduğu halda onunla qərəzli münasibətlərə görə təkrar yoxlama aparmaq üçün qərar qəbul etmişlər.Ona görə də vergi işçilərinin qanunsuz hərəkətlərinə etiraz əlaməti olaraq 20 oktyabr 2022-ci ildə üzərinə benzin tökərək özünü yandırmaq istəmiş, lakin polis əməkdaşları buna timkan verməmişlər.Vergi işçiləri anbarda yoxlamanın aparılmasına şərait yaradılmamasını bildirdikləri halda həmin yoxlama dövründə ona məxsus anbarlarda vergi işçiləri olmuş və yoxlama apararaq onu 22.000 manat cərimə etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsinin müvafiq qərarlarına əsasən ünvan 3 ünvanında yerləşən “X9” adlı marketdə operativ vergi nəzarəti tədbirinin aparılması tapşırılmışdır. Qeyd olunan ünvanda xx.xx.2022-ci il tarixdə, saat 08:10 radələrində operativ vergi nəzarəti tədbirlərinə başlanılmış müvafiq qərarları və xidməti vəsiqəni fərdi sahibkar Fuad Məmədova göstərmişlər. Obyektin faktiki sahibi kimi təqdim edilən Anar Məmmədli nalayiq söyüşlərdən istifadə etməklə içində yanacaq olan qabı öz üstünə tökərək özünü yandırmağa cəhd etmiş və bu hadisələri törətməklə operativ vergi nəzarətinin keçirilməsinə şərait yaratmadığından həmin obyektdə vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaları vahid məlumat reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən “X9”da xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xronometraj metodu ilə müşahidə aparılması haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması və X3 və X1 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən “X9”da operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İşə əlavə olunmuş qərarların və digər sənədlərin surətindən görünür ki, Şəxs “X9” marketi ilə üzbəüz anbar və Salyan şəhəri, E.İmanov küçəsində malların saxlanması və topdansatış fəaliyyətin yoxlanlması nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Şəxs barəsində protokollar tərtib olunarkən sonuncudan inzibati xətanın mahiyyəti üzrə izahat alınmamış, protokol sonuncunun iştirakı olmadan tərtib olunmuş, tərtib olunmuş protokollar yarımçıq olmuş, barəsində inzibati protokol tərtib olunmuş şəxsin hüquq və vəzifələri izah olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi və həmçinin konkret olaraq xətanın mahiyyəti protokolda qeyd olunmamışdır. İnzibati xətanın obyektiv cəhəti protokolda tam öz əksini tapmamış, yəni Şəxs hərəkətləri konkret olaraq nədən ibarət olması qeyd olunmamışdır. Protokolun Şəxs iştirakı olmadan tərtib olunduğu məhkəmənin 24 noyabr 2022-ci il tarixli qərardadında öz əksini tapmışdır.Qeyd edilənələrə görə Fərdi sahibkar Şəxs (VÖEN**********) barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Salyan Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi qərardadla geri qaytarılmış protokol və sənədləri heç bir araşdırma aparmadan və qərardadda qeyd olunmuş nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə qaytarılmışdır. Məhkəmə tərəfləri dinləyib, işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxaşı zamanı aydın olmuşdur ki, fərdi sahibkar Şəxs (VÖEN**********) hərəkətlərində inzibati xəta tərkibi yoxdur, onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 602.4-cü maddəsində nəzərdə tutulmuş maddənin dispazisiyasında qeyd olunan hərəkətlər mövcud deyildir.Obyektin mülkiyyətçinin üzərinə benzin tökərərək özünü yandırmağa cəhd etməsi və nəticədə vergi əməkdaşlarının sonrakı fəailiyyətindən imtina etmələri kimi hərəkətləri şəxsin inzibai məsuliyyətə gəlb olunması üçün əsas ola bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, şəxsin barəsində tərtib olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun olmamış və yol verilmiş nöqsanların aradan qaldırılması üçün materiallar protokolu tərtib etmiş orqana qaytırılmasına baxmayaraq nöqsanlar aradan qaldırılmadan həmin sənədlər təkrar məhkəməyə qaytarılmışdır.Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası İXM-nın 602.4-ci maddəsində qeyd olunmuşdur ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. 115.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 115.3. İnzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. 115.4. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir; 115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; 115.4.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir; 115.4.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilir. 115.5. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Fərdi sahibkar Şəxs (VÖEN**********) barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli protokol əsasında olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-38/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-38/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver