Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-384/2024 03.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Sabirabad rayonu, Xankeçən kəndində doğulmuş, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu, Xankeçən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə barəsində Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi Zamiq Rüstəmov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə MN seryalı № 1654777/456 saylı, 23 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün 23 aprel 2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seryalı № 1654777/456 saylı, 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, Neftçala rayonu ərazisində ov qaydalarını pozmuşdur. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə MN seryalı № 1654777/456 saylı, 23 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 2021-ci ildə eyni inzibati xətanı törətdiyi üçün Sabirabad Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinmiş və barəsində 1000 manat məblğində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilmişdir. Sabirabad rayonundan olsa da, Neftçala rayonu, Müşfiq qəsəbəsində ov etmişdir. Ovdan geri qayıdan zaman Salyan rayonu ərazisində Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olur. Özünü təqsirli bilir. Əməlindən peşmandır. Ov hüququnun müəyyən müddətə məhdudlaşdırılmasına və ov silahının müsadirə edilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığından Şəxs və X2 barəsində cinayət işinin başlanmasını rədd edilməsi, toplanmış material üzrə Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması, toplanmış material üzrə X1 inzibati xəta törətməsi sübuta yetirilmədiyindən onun inzibati məsuliyyətə cəlb olunmaqdan azad edilməsi, Şəxs tərəfindən qanunsuz ovlanmış 04 ədəd çöl ördəyi quşu qidaya yararsız olduğundan məhv edilməsi qərara alınmışdır. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas inzibati tənbeh kimi xüsusi hüququn məhdudlaşdırılmasının, əlavə tənbeh növü kimi isə inzibati xətanın törədilməsində alət olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, ona məxsus inzibati xətanın obyekti olmuş 12 kalibrli, “Kral-arms” markalı, 21-K-10803 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməklə, bir il müddətinə ov hüququ məhdudlaşdırılsın. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-384/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-384/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver