Məhkəmə qərarları › İş №3(057)-384/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-384/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-384/2025 13.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X8 katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 13 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-239/2014 saylı, 31 mart 2014-cü il tarixli icra sənədi üzrə 4129 manat borc və 30 manat dövlət rüsumu, 2(057)-1379/2015 saylı, 09 sentyabr 2015-ci il tarixli icra sənədi üzrə 29194,94 ABŞ dolları borc ödəniş gününə olan məzənnə üzrə manatla və 30 manat dövlət rüsumu, 2(057)-1256/2021 saylı 17 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə 4605,45 manat borc və 30,40 manat ödənilmiş dövlət rüsumu, X4 Məhkəməsinin 2-2(086)-578/2019 saylı 24 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə 7361 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, X4 Məhkəməsinin 2(032)-990/2020 saylı 25 avqust 2020-ci il tarixli icra sənədi üzrə 474,98 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu, Şirvan şəhər məhkəməsinin 2(032)-1643/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs6 verilməlidir. Borclu tələbi icra etməmiş və qanuni çağırışlara gəlməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmiçdir ki, icra vərəqələri əsasında tərtib olunan protokol üzrə ayrı-ayrılıqda borclarını ödəmiş, bu barədə onun qəbzləri vardır. Sadəcə axtarışla gəldiyi üçün həmin qəbzləri özü ilə gətirə bilməmişdir. Bundan başqa, banka olan borcu üzrə əmək haqqından tutulmalar aparılmış, konkret olaraq nə qədər borcu qaldığını dəqiqləşdirməmişdir. Məhkəmədən ona həmin qəbzləri təqdim etmək üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Coşqun İsmayılov tərtib olunmuş protokolu müdafiə edərək, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq, o hər bir icra vərəqəsi üzrə borclunun nə qədər borcu olduğunu bilmədiyini, bunu araşdırmadığını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında tərtib edilmiş protokolda şəxsin icra sənədləri üzrə tələbləri icra etməməsi qeyd edilsə də, hansı icra sənədi üzrə nə qədər borcu olduğu konkret göstərilməmişdir. Protokolda konkret halın göstərilməməsi işin düzgün hüquqi qiymətləndirilməsinə maneə yaradır və şəxsin əməlində inzibati xəta tərkibinin olmasını dəqiq müəyyən etməyə imkan vermir. Hüquqi baxımdan bu hal, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətin növü və ölçüsünü müəyyənləşdirməkdə qeyri-müəyyənlik yaratmaqla yanaşı, şəxsin müdafiə hüququnun da məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən, işin hüquqi baxımdan düzgün araşdırılması və müvafiq qərarın qəbul edilməsi üçün qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmir. Eyni zamanda, sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış və ona protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanı yaradılmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolda Şəxs haqqında məlumat, yəni təvəllüdü və yaşayış yeri barədə məlumatlar, o cümlədən, fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Halbuki, AR İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Bununla yanaşı, inzibati icraat zamanı zərərçəkmiş şəxs olmasına baxmayaraq, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, soyadı, atasının adı və yaşayış yeri göstərilməmiş və həmin qrafa doldurulmamışdır. Halbuki, AR İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Bundan savayı, inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmiş, həmin qrafa icra məmurunun sözləri ilə bir kəlimə olmaqla “məhkəmə qərarlarında göstərilən tələbləri icra etmir” yazılmaqla doldurulmuşdur. Halbuki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Göründüyü kimi, icra məmuru Coşqun İsmayılov qanunvericiliyin tələblərini ümumiyyətlə nəzərə almadan öz mülahizələrinə uyğun düzgün olmayan və natamam sənədi inzibati xəta haqqında protokol qismində məhkəməyə təqdim etmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 13 mart 2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Salyan rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar