Məhkəmə qərarları › İş №3(057)-393/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-393/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-393/2023 19.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, X9 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx xxxx 1981-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, heç yerdə işləməyən, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 5, mənzil 7-də yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta barəsində Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 19 aprel 2023-cü il tarixli, MN № 1690456- 464 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X5 məxsus **-LB-*** nömrəli avtomobilin akumliyatorunu oğurlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin tələblərini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 19 aprel 2023-cü il tarixli, MN № 1690455-463 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00-da Salyan şəhəri, Ə.Quliyev küçəsində X6 üzünə sillə vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenatı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 157-ci maddələri ilə 19 aprel 2023-cü il tarixli, MN №1690455-463 və MN №1690455-464 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan RPŞ tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü təqsirli bilərək, sərxoş olduqları üçün Sabitin üz nahiyyəsinə sillə ilə vurmuşdur. Akumliyatoru oğurladığına görə peşimandır. Dəymiş ziyanı ödəməyə etirazı yoxdur. Himayəsində iki uşağı olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə etmişdir. Məhkəmədə iclasında izahat verən Salyan RPŞ-nin sahə rəisi, polis leytenantı X1 Samir İsmayıl oğlunun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlı tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, naməlum şəxs və ya şəxslərin əməllərində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. - Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı Tural Fərmanlı tərəfindən qəbul edilmiş 19 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. Beləliklə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək elə hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar