Məhkəmə qərarları › İş №3(057)-393/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-393/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-393/2025 17.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 17 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri Ə.Quliyev küçəsi, ev 1, mənzil 42-də yaşayan Zərərçəkmiş şəxs evinin qapısını qəsdən vuraraq əzmiş və nəticədə ona 200 manat maddi ziyan vurmaqla əmlakını qəsdən zədələmişdir. Həmin faktla bağlı Salyan RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və həmin bölmənin 10 mart 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və özgənin əmlakını qəsdən məhv etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 17 mart 2025-ci il tarixli, MN 1954147/20 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmiş, həmin material 17 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri Ə.Quliyev küçəsi, ev 1, mənzil 42-də yaşayan Zərərçəkmiş şəxs evinin qapısını qəsdən vuraraq əzmiş və nəticədə ona 200 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla münasibəti normal olmuşdur. Aralarında düşmənçilik və ədavət olmamışdır. O və anası Simuzər 2025-ci ilin fevral ayının 20-də Salyan şəhəri Ə.Quliyev küçəsi ərazisində bina evinin 5-ci mərtəbəsində Rəfail adlı şəxsə məxsus olan fərdi yaşayış evinə kirayə olaraq köçmüşdürlər. Onların evin aşağı mərtəbəsində isə Zərərçəkmiş şəxs qalmışdır. Təxminən 4-5 gün sonra Vüsalə nalayiq ifadələr işlədərək evinə heç kimin qonaq gəlməməsini bildirmişdir. O da Vüsaləyə kirayə qaldığı evə kimin gəlib gedəcəyinə özünün qərar verəcəyini demişdir. 02 mart 2025-ci il tarixdə saat 13 radələrində o, evdə imiş. Həmin vaxtı Vüsalənin nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmçinin evi kirayə verən makler ona zəng vurub evdən çıxmağını tələb etmişdir. Buna görə də o əsəbləşdiyi üçün Vüsalənin qapısına getmişdir. O əsəbləşdiyi üçün qapının qarşısında olan daş parçalarını götürüb qapıya vurmuşdur. Ondan sonra oranı tərk etmişdir. Həmin gün də evi boşaltmışdırlar. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Vüsalə Mustafayevə məxsus olan qapıya daş parçalarını o vurmuşdur, həmin vaxtı yanında heç kim omamışdır, qapını özü vurub əzmişdir. Əməlindən peşman olmadığını, zərərçəkmiş şəxslə barışmadığını, barəsində hər hansı tənbehin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Selcan, Nihat və Simuzər adlı şəxsləri tanıyır. Onlar onun yaşadığı evin yuxarı mərtəbəsində kirayə yaşayırlar. Təxminən 20 gün əvvəl həmin evə köçmüşdürlər. Həmin ərəfələrdə o, onlara aşağı mərtəbədə qaldığını, onun evinə su dammamasını demişdir. Həmçinin Selcanın tanımadığı oğlanlarla evinə gəlib getdiyini, orada nalayiq ifadələr işlətdiyini eşitmişdir. Buna görə də Selcana və anası Simuzərə öz iradını bildirmişdir. Lakin onlar onun sözlərinə məhəl qoymamışdır. 01 mart 2025-ci il tarixdə onların evində yenidən səs-küy olduğundan o, bu barədə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X6 müraciət etmişdir. 02 mart 2025-ci il tarixdə o, həmin evi kirayəyə verən maklerin yanına getmişdir. Ona kirayə verdikləri evdən kirayə qalanları çıxartmasını demişdir. Onlar da evin sahibi ilə telefon əlaqəsi saxlamışdır. Ona kirayə verdikləri şəxsləri evdən çıxartmasını demişdir. Simuzər isə evdən çıxmaq üçün 1 gün vaxt istəmişdir. O da evinə geri qayıtmışdır. Həmin vaxtı Simuzər və ailəsi onu döymək uçün gözlədikləri üçün o, digər blokda gözləmişdir. Evdə isə qızı var imiş. Qızı ona zəng vurub Simuzər və ailəsinin evin giriş qapısına daş parçaları ilə vuraraq əzdiyini demişdir. Bir neçə dəqiqə sonra o, evinə getmişdir. Qapısına daş parçaları ilə vurulub əzildiyini görmüşdür. Ona görə də, bu barədə DİM-in “102” Xidməti-X6 müraciət etmişdir. Nəticədə ona 200 manat maddi ziyan vurulmuşdur. Dəymiş ziyanın ödənilmədiyini nəzərə almaqla, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri Ə.Quliyev küçəsi, ev 1, mənzil 42-də yaşayan Zərərçəkmiş şəxs evinin qapısını qəsdən vuraraq əzmiş və nəticədə ona 200 manat maddi ziyan vurmaqla əmlakını qəsdən zədələmişdir. Salyan rayon RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Elşad Bağırlının raportdan görünür ki, Salyan şəhəri Ə.Quliyev küçəsi, ev 1, mənzil 42-də yaşayan Zərərçəkmiş şəxs 06 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X6 və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə qonşusu Simuzər və Narxanım şəxslərin onun evinin qapsına daş parçası ilə vuraraq 200 manat maddi ziyan vurmaları barədə məlumat vermişdir.X1 müraciəti 06 mart 2025-ci il tarixdə Salyan rayon polis şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabın”da 423 saylı qeydiyyata alınaraq icraata daxil olmuşdur.Araşdırma zamanı toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə əsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X2 verilmişdir.Odur ki, qəbul edilmiş qərarın surətinin Salyan rayon polis şöbəsinin X2 verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X3 10 mart 2025-ci il tarixli qərardadından görünür ki, Zərərçəkmiş şəxs DİN-nin “102” Xidməti-X6 və Salyan rayon PŞ-nə etdiyi müraciət əsasında toplanmış İXM-nin 232.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, “az miqdar” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin, hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın (200 manat) iki misli məbləğdə, yəni 400 (dörd yüz) manat məbləğdə cərimə edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar