Məhkəmə qərarları › İş №3(057)-394/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-394/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-394/2025 01.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, A.Kürkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 17 mart 2025-ci il tarixli, MN № 1954329/91 nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 17 mart 2025-ci il tarixli, MN № 1954329/91 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə atası Vahid Səlimova məxsus mülki ov silahını götürüb Salyan rayonu Yenikənd kəndində çöl ərazisində açıq vəziyyətdə gəzdirməsi aşkar olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayır. Özünə məxsus olan ov silahı yoxdur. Səlimov Vahid Əliabbas oğlu atasıdır. Səlimov Babaş Vahid oğlu onun qardaşıdır. X3 qohumudur. Hazırda atası Səlimov Vahid Əliabbas oğlunun özünə məxsus olan sənədli ov tüfəngi vardır. Həmin silah “İJ” markalı, 16 kalibrli, qoşaüləli, Й9649 nömrəli ov tüfəngidir. Belə ki, 01 mart 2024-cü il tarixdə yaşadıgı evdə beynindən ov etmək keçmiş, o, qardaşı Səlimov Babaşa ova getməyi təklif etmiş və o da qəbul etmişdir. O, qohumu Bəhruz Xanəliyevə zəng etmiş və ova getmək istədiyimi demişdir Həmin zaman Bəhruz onun xahişini qəbul etmişdir. 01 mart 2025-ci ıl tarıxdə saat təxminən 17:00 radələrində Salyan rayonu Yenikənd kəndinə gəlmişlər. Onlar kəndin çöl ərazisində gəzmişlər, hələ ki, ov etməmişlər. Ərazidə olan polis əməkdaşları onları görmüşlər, onlara yaxınlaşıb, onun silahı açıq olduğu üçün özlərini təqdim edib, silahın sənədlərini istəmişlər, o, əməkdaşlara daşıdığı silahın atası X2 məxsus olamsını demişdir. Şəxslərə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Həmin zaman yanında qardaşı Səlimov Vahid Əliabbas oğlu və qohumu X3 vardı, Polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər, daşıdığı ov tüfəngi atası Vahid Səlimova məxsusdur. Həmin silah atasının adına rəsmiləşmişdir. Onun ov etmə hüququ və silaha sahib olmağı barədə heç bir sənədi yoxdur. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hallara yol verməyəcəkdir. Özünü təqsirli bilir. Barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 11 mart 2025-ci il tarixli raportdan görünür ki, Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə nəfəri, polis seriantı İlham Əhmədovun 01 mart 2025-ci il tarixdə rayon polis şöbəsinə raportu əsasında toplanmış məterial üzrə Şəxs və Səlimov Vahid Əliabas oğlunun əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Salyan rayonu Aşağı Kürkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın, Salyan rayonu Aşağı Kurkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Səlimov Vahid Əliabas oğlunun oğlunun əməlində Azərbaycan Respublikası İXMnin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X1 verilmiş, qərarın surəti nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmiş, material saxlanılması üçün Salyan rayon polis şöbəsinin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. 11 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə nəfəri, polis seriantı İlham Əhmədov 01 mart 2025-ci il tarixdə rayon polis şöbəsinə raportla müraciət edərək, Salyan RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis seriantı Telman Nəzirov ilə birlikdə xidmətdə olan zaman Salyan rayonu Yenikənd kəndinin çöl sahəsində 3 nəfər şəxsi görüb onlara yaxınlaşıb özümüzü təqdim etdikdən sonra 1 nəfərin əlində açıq vəziyyətdə olan ov tüfənginin hər hansı bir hüquqi sənədinin olub-olmadığını soruşduqda həmin şəxs silaha aid hər hansı bir hüquqi sənədinin olduğunu bizə təqdim edə bilmədi, şifahi sorğu zamanı ov tüfənginin atası Səlimov Vahid Əliabas oğluna məxsus olmasını bildirməsini, həmin şəxsləri rayon polis şöbəsinə dəvət etməsini və şəxslərin Salyan rayou Aşağı Kürkənd kənd sakinləri Şəxs, Səlimov Babaş Vahid oğlu, X3 olmasını bildirmişdir.Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sanə nəfəri, polis seriantı İlham Əhmədovun rayon polis şöbəsinə yazdığı raport xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsində “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 402 sayla qeydiyyata alınaraq icraatıma daxil olmuşdur.Aparılmış araşdırma zamanı toplanmış material üzrə Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan Şəxs və Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan Səlimov Vahid Əliabas oğlunun əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın, Səlimov Vahid Əliabas oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin X1 verilməsi barədə qərar qəbul olunmuşdur.Odur ki, qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin X1 verilməsinə göstəriş verilməsi qərara alınmışdır. 17 mart 2025-ci il tarixli, MN № 1954329/91 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə atası Vahid Səlimova məxsus mülki ov silahını götürüb Salyan rayonu Yenikənd kəndində çöl ərazisində açıq vəziyyətdə gəzdirməsi aşkar olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqları olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan inzibati xətanın törədilməsində alət olmuş silah “İJ” markalı, 16 kalibrli, qoşaüləli, Й9649 nömrəli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nın Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar