Məhkəmə qərarları › İş №3(057)-395/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-395/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-395/2023 10.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X1, xx.xx.1982-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Neftçala rayonu Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşayan, əvvəllər Salyan rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respulikasının İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmiş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində “Vaz 21061” minik markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili Salyan şəhərində sərxoş vəziyyətdə idarə etmişdir. Bundan başqa, həmin şəxs əvvəllər Salyan rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respulikasının İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Salyan RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, həmin xətanı törətməkdə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 97 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, həmin tarixdə saat 18:30-da Şəxs narkotik vasitə qəbulundan yaranmış sərxoşluq vəziyyəti aşkar olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından və Azərbaycan Respublikasını DİN-nin mərkəzi informasiya sisteminin çıxarışından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respulikasının İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs əvvəllər Salyan rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respulikasının İXM-nin 333.1ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilməsinə baxmayaraq, barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin xətanı təkrar törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsindən görünür ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə əsas inzibati tənbeh, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar