Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-398/2023 24.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə materialın geri qaytarılmasına dair) Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu Tağımı tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Salyan rayonu, Çadırlı qəsəbəsi-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən 12-ci klometrində, saatda 30-40 km/saat sürətlə idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan rayonu, Çadırlı qəsəbəsi- Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən hissəsi ilə avtomobillərin qarşılıqlı hərəkəti üçün nəzərdə tutulmuş yolun sağ zolaqla saatda 30-40 km sürətlə Salyan rayonu istiqamətinə hərəkətdə olarkən yolun sol kənarına doğru dönməli olduğu üçün sola dönmə işığını qoşmaqla avtomobilinin sürətini azaltmış, yolayrıcıya çatmağa az qalmış ondan arxada hərəkətdə olan gümüşü rəngli “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfdən çıxmaqla qarşısından sola doğru manevr etməklə “Mersedes Benz 320” minik markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün qəza şəraiti yaratmışdır. Onun heç bir günahı yoxdur. Hadisə nəticəsində özü bədən xəsarəti almış, avtomobili əzilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə, saat 18:00 radələrində özünə məxsus “Mersedes Benz 320” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan rayonu, Çadırlı-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən hissəsi ilə saatda 50-55 km/saat sürətlə Şirvan istiqamətində gedirmiş. Həmin vaxt yağış yağdığında yolun hərəkət hissəsi yaş olmuşdur. Yolun sağ kənarına ayrılan yol ayrıcına çatmağa 4-5 metr qalmış, əks istiqamətdə hərəkətdə olan ağ rəngli “Opel Astra” minik markalı avtomobil sola dönmək üçün yolun ortasında dayanan zaman, bu vaxt “Opel Astra” minik markalı avtomobilin sağ tərəfindən gümüş rəngli “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən sola yüksək sürətlə manevr edərək yol ayrıcına daxil olmuşdur. O, X2 idarə etdiyi “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmadan yayınmaq üçün ayağını əyləcə basaraq avtomobilin sürətini azaltmış, bu zaman anidən idarə etdiyi avtomobilin qabağ sol tin hissəsi dayanmış “Opel Astra” minik markalı avtomobilin qabaq sol tin hissəsinə dəyərək toqquşmuşdur. Baş vermiş hadisədə onun təqsiri olmamış, günahkar X4 olmasına, qəza vəziyyəti yaratmasına baxmayaraq o inzibati məsuliyyətə cəlb edilmişdir. İstintaq orqanı bilərəkdən “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü məsuliyyətdən kənarda saxlamışdır. Araşdırma zamanı qəza hadisəsinin əsas günahkarı olan “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olması barədə hadisə yerini müşahidə altına alan mağazaya aid kameradan görüntü yaddaş kartına köçürülərək müstəntiqə verilməsinə baxmayaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunmuşdur ki, həmin hadisə zamanı X2 idarə etdiyi “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər avtomobillərə heç bir kontaktı olmadığından, yəni toquşmadığından sürücü E.Abasovun hərəkətlərində inzibati tənbeh tədbirləri görülməməlidir. Hesab edir ki, araşdırma düzgün aparılmamış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar bu günə kimi də ona verilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİNnin X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 16 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində özünə məxsus “Opel Astra” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan rayonu, Çadırlı-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən hissəsi ilə avtomobillərin qarşılıqlı hərəkəti üçün nəzərdə tutulmuş yolun sağ zolaqla saatda 30-40 km sürətlə Salyan rayonu istiqamətinə hərəkətdə olarkən yolun sol kənarına doğru dönməli olduğu üçün sola dönmə işığını qoşmaqla avtomobilinin sürətini azaltmış, yolayrıcıya çatmağa az qalmış ondan arxada hərəkətdə olan gümüşü rəngli “Mersedes Benz E200” minik markalı avtomobil sağ tərəfdən çıxmaqla qarşısından sola doğru manevr edən “Mersedes Benz 320” minik markalı avtomobilin sürücüsü qəza şəraiti yaratmışdır. Bu zaman “Mersedes Benz 320” minik markalı avtomobilin sürücüsü qəzadan yayınmaq üçün anidən idarə etdiyi avtomobilin qabağ sol tin hissəsi dayanmış “Opel Astra” minik markalı avtomobilin qabaq sol tin hissəsinə dəyərək toqquşmuşdur. İş materiallarında olan HK-1/153 nömrəli araşdırma materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Salyan rayonu, Çadırlı qəsəbəsi-Qarabağlı- Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən 12-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs və Şəxs xəsarət almaları barədə məlumat daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisəsinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, 06 fevral 2023-cü il tarixdə saat 18 radələrində Çadırlı qəsəbəsi-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən 12-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs və Şəxs xəsarət almaları barədə məlumat icraatıma daxil olmuşdur. Araşdırma ilə müəyyən edilmişdir ki, sürücü Şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayon istiqamətinə 30-40 km/saat sürətlə hərəkətdə olarkən Qarabağlı kənd ərazisində sola dönmək məqsədi ilə avtomobili sürətini azaldaraq dayanma həddinə çatdırdığı anda arxadan onunla eyni istiqamətdə hərəkətdə olan naməlum sürücünün idarə etdiyi naməlum “Mercedes Benz” minik markalı avtomobil “Opel Astra” minik markalı avtomobilin qarşısından sağdan sola doğru manevr edərək yolayrıcını keçən zaman əks istiqamətdə saatda 50-55 km sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E320” minik markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum “Mercedes Benzə” minik markalı avtomobillə toqquşmamaq məqdəsi ilə tormozdan istifadə edərək avtomobili sola istiqamətləndirdiyi anda idarə etdiyi avtomobilin qabaq sol tin hissəsi “Opel Astra” minik markalı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs və Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barələrində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli 25 nömrəli aktından görünür ki, hadisə baş verən zaman Şəxs sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli 26 nömrəli aktından görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X6 xx.xx.2023-cü il tarixli 76 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Hər iki dodağın şişkinliyi, döş qəfəsinin əzilməsi, üst çənə dişlərində sınıqlar küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmağa aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X6 xx.xx.2023-cü il tarixli 71 saylı ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - Sol əlin arxa səthinin şişkinliyi, qançırı, sıyrığı, hərəkət məhdudluğu küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə - pozulmasına səbəb olan yüngül zərər vurmağa aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekzpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, № HK-1/153 saylı ekspert rəyindən görünür ki, Opel Astra markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisən qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə baxışı zamanı Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 16 fevral 2023-cü il tarixdə, saat 18:00 radələrində Salyan rayonu, Çadırlı-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsinin əks olunduğu “CD” diskə baxış keçirilmişdir. Diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “Opel Astra” minik markalı avtomobil sola dönmək üçün yolun ortasında dayanan zaman, “Opel Astra” minik markalı avtomobilin sağ tərəfindən gümüş rəngli “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürətlə manevr edərək yol ayrıcına daxil olması nəticəsində “Opel Astra” minik markalı avtomobillə “Mersedes Benz E200” minik markalı avtomobillər toquşmuşdur. Hazırda təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunan natamamlıqları məhkəmə baxışında aradan qaldırmaq mümkün olmadığından protokol və protokola əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP seryalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayına geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-398/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-398/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver