Məhkəmə qərarları › İş №3(057)-399/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-399/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-399/2025 19.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1992-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" QSC-də şöbə müdiri vəzifəsində işləyən, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 17 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 17 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 17 mart 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 193/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1840 manat aliment borcunu Zərərçəkmiş şəxs1 ödəməmişdir. Bundan başqa, Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X2 xx.xx.2024-cü il tarixli, 8i-13557 nömrəli icra qeydi əsasında Şəxs 4425,95 manat pulu "xxxx" ASC-yə ödəməmiş və çağırışa gəlməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, o, "xxxx" QSC-də şöbə müdiri vəzifəsində işləyir. Hər ay əmək haqqısından aliment tutulur, hər hansı bir səbəbdən aliment əmək haqqından tutulmadığı halda özü kart vasitəsi ilə ödəyir. Yalnız iki ay qətnamə çıxanadək olan müddət üçün aliment ödəməmişdir. Hazırda xx.xx.2025-ci il tarixdə qalan aliment borcu olan 380 manatı “eManat” vasitəsi ilə tələbkarın kart hesabına ödəmişdir. Tələbkar ondan şikayətçi deyil. "xxxx" ASC-yə tələbi ilə bağlı borcu ödəmək üçün pulu olmadığını, lakin bankla razılığa gələ biləcəyini bildirərək ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Salyan Rayon Məhkəməsinin 2(057)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1840 manat aliment borcunu Zərərçəkmiş şəxs1 ödəməmişdir. Bundan başqa Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X2 xx.xx.2024-cü il tarixli, 8i-13557 nömrəli icra qeydi əsasında Şəxs 4425,95 manat və 25 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödəməmiş və çağırışa gəlməmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs hazırda qalan aliment borcunu xx.xx.2025-ci il tarixdə tam olaraq ödəmişdir. Digər icra sənədi olan "xxxx" ASC-nin tələbi ilə bağlı borcdan heç bir ödəniş etməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq qərar verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ödəmədiyi aliment borcunun tam ödənilməsi və banka olan borcunun bir hissəsinin ödənilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı tələbkarın istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, özünü Zərərçəkmiş şəxs1 anası kimi təqdim edən şəxs qızının hazırda evdə olmadığını, iki ay üçün alimentin ödənilmədiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 ilə cavabdeh Şəxs birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində və xx.xx.2023-cü il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 50 manat aliment cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, cavabdeh Şəxs 47.60 (qırx yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuş, qərar və bildiriş Sahil Səfərov tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X2 xx.xx.2024-cü il tarixli, 8i-13557 nömrəli icra qeydindən görünür ki, Şəxs 4425,95 manat və 25 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuş, qərar və bildiriş Sahil Səfərov tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 193/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, xx.xx.1992-ci ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 193/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan yaşayan borclu Şəxs Salyan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi və qərarın Salyan RPŞ-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs adına qeydiyyatda olan mobil nömrəyə xx.xx.2025-ci il tarixlərdə “SMS bildirişin” göndərilməsi barədə çıxarışlardan görünür ki, Şəxs barəsində olan icra işi üzrə icra haqqında qanunun 29 və 84-cü maddələrinin tələblərinə əsasən Salyan rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və növbəti iş günü şəxsiyyətini təsdiq edən sənədlə birlikdə icra qurumuna yaxınlaşması xahiş edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Mahmudovun 27 yanvar 2025-ci il tarixli qərarından görünür ki, borclu xx.xx.1992-ci ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Şəxs təqdim etdiyi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, o, tələbkar Zərərçəkmiş şəxs1 bank hesabına ümumilikdə 1610 manat pul ödəmişdir. İş materiallarında olan Salyan RPŞ-nin Salyan rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, axtarışda olan borclu Şəxs saxlanılaraq aidiyyəti üzrə tədbir görülməsi üçün Salyan rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan borclu Şəxs təqdim etdiyi xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə qalan aliment borcu olan 380 manatı “eManat” vasitəsi ilə tələbkarın kart hesabına ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən iki icra sənədi üzrə olan borcunu tam olaraq ödəməməsini, məhkəmə baxışı zamanı bir icra sənədi üzrə borcunu tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs alimentlə bağlı icra sənədi üzrə borcunu tam ödəməsini, digər icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini, və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar