Məhkəmə qərarları › İş №3(057)-402/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-402/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-402/2025 19.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, X1 tərəfindən Salyan RPŞ-nin X5 Bölməsi tərəfindən barəsində qəbul edilmiş TP № ******* saylı, 15 noyabr 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati rənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, cərimənin ödənilməsi öhdəliyinin üzərindən götürülməsi və qanunun tələblərinə riayət edilmədiyi nəzərə alınaraq YPX əməkdaşı barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar 15 noyabr 2024-cü il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti X1 tərəfindən buraxılmış, həmçinin adı çəkilən şəxs tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən Salyan RPŞ-nin X5 Bölməsi tərəfindən barəsində qəbul edilmiş TP № ******* saylı, 15 noyabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar