Məhkəmə qərarları › İş №3(057)-403/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-403/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-403/2023 24.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə MN seriyalı № ******* nömrəli, 19 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 19 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Ələt-Astara şosesinin Salyan rayonunun mərkəzi avtovağzalın yaxınlığında “Ford Tranzit” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü X5 yük daşıma fəaliyyəti həyata keçirərkən qanunvericilikdə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 göstərmişdir ki, onu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin əməkdaşları saxlayarkən yanında protokol tərtib edilməmişdir. Ağentliyin əməkdaşları ondan fərqlənmə sənədinin olub-olmamasını soruşmuş o isə olmadığını bildirmişdir. Onlarda bu barədə prorokol tərtib olunacağını bildirmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X4 göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə, saat 17:00-da Ələt-Astara şosesinin Salyan rayon mərkəzi avtovağzalının yaxınlığında “FORD Transit” markalı, **-HK-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü X5 yükdaşıma fəaliyyəti həyata keçirilməsi üçün sənədlərin təqdim edilməsi tələb olunsa da, o, fərqlənmə nişanı sənədlərin olmadığını bildirdi. Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər aylıq “fərqlənmə nişanı” almalıdı. “FORD Transit” markalı **-HK-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili üçün “fərqlənmə nişanı” olmadan X5 yükdaşıma fəaliyyəti ilə məşğul olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, X5 avtomobilin sahibi olmadığını qeyd edərək, sənədlərin sahibində olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin müdiri Fizuli Məmmədov tərəfindən ünvan 2 ünvanında yaşayan vətəndaşa ünvanlanmış 20 aprel 2023-cü il tarixli, № 21-170 saylı bildirişin surətindən görünür ki, 19 aprel 2023-cü il tarixində İXM-nin 552-ci maddəsi ilə barəsində MN seriyalı № ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunduğu barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edildi ki, səlahiyyətli orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən barəsində inzibati icraat aparılan X2 Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 552-ci madəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Rauf Əlizadənin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar