Məhkəmə qərarları › İş №3(057)-404/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-404/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-404/2025 19.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, xx.xx.1989-cu ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Arbatan kəndində yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı Şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs idarə etdiyi “Toyota Prius (HİBRİD) minik” markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Onun barəsində tərtib edilmiş EQ 22617039 saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Bakı Şəhəri Xətai RPİ-nin X2 Şöbəsi tərəfindən İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırılması nəticəsində məlum olmuşdur ki, Salyan Rayon Məhkəməsinin 3(057)-354/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs idarə etdiyi “Toyota Prius (HİBRİD) minik” markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomaşınla eyni inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Onun barəsində tərtib edilmiş EQ 22617039 saylı eyni protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etmədiyindən, Xətai RPİ-nin X2 Şöbəsi tərəfindən İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs inzibati cəriməni və ona hesablanmış dəbbə pulu ödənildiyi üçün, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati protokola dair inzibati iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad olunması qərara alınmışdır. Bununla da məlum olmuşdur ki, Bakı Şəhəri Xətai RPİ-nin X2 Şöbəsi tərəfindən İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün təkrar olaraq məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin tələbinə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Bakı Şəhəri Nəsimi RPİ-nin Nəsimi rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə qaytarılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar