Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-407/2024 25.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sarvan kənd orta məktəbində müəllim işləyən, Salyan rayonu Marışlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, İXP 1988117/466 saylı və xx.xx.2024-cü il tarixli, İXP 1988118/467 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP 1988117/466 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP 1988118/467 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Marışlı kənd ərazisində uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvansız söyüşlər söymüş, nizam-intizama dəvət etdikdə isə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Salyan RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Həmid Səmədzadə, RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Üveys Hüseynov və PPXB-nin polis nəfəri, polis serjantı Seymur Əzimov ilə birlikdə Salyan rayonu Marışlı kəndi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin Ələt- Astara magistral yolunun 140-cı km-də yolun kənarında olan Azərbaycan Respublikası Avtomobil X3 məxsus olan xırda gözlüklü metal torları kəsərək keçdiyini görmüş, bu səbəbdən ona yaxınlaşaraq xırda gözlüklü metal torları niyə kəsdiyi soruşulmuş, lakin o, heç bir səbəb olmadan ucadan qışqırmağa və ünvanlı və ünvansız nalayiq söyüşlər söyərək qaçmağa başlamışdır. Qaçan zaman nahamar sahədə yıxılmışdır. Bundan sonra onu saxlayıb RPŞ-nə gətimişdirlər. RPŞ-nin növbətçi hissəsində həmin şəxsin Salyan rayonu Marışlı kəndində yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələr üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Marışlı kəndi ərazisində Azərbaycan Respublikası Avtomobil X3 məxsus olan xırda gözlüklü metal torları açaraq özünə məxsus sahəyə keçib oranı suvarmaq istəyirmiş. Bu zaman ərazidə xidmət apara polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək dövlət tərəfindən iribuynuzlu heyvanların ora keçməməsi üçün çəkilən xırda gözlüklü metal torları niyə araladığını və bunun qanunazidd olduğunu bildirmişdirlər. O isə oradan öz sahəsinə keçəcəyini bildirib həmin iradla razılaşmamışdır. Bu zaman əsəbiləşib ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları onu nizam-intizama dəvət edib sakitçiliyə riayət etməsini istədikdə isə o, həmin ərazidən getmək istəmişdir. Yol nahamar olduğundan ayağı ilişərək yerə yıxılmış və sifət nahiyəsindən, gözündən xəsarət almışdır. Polis əməkdaşları ona yerdən durmağa kömək etmiş və polis şöbəsinə gətirmişdilər. Əməlindən peşmandır, gələcəkdə bu kimi hallara bir daha yol verməyəcəkdir. Odur ki, bunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.2024cü il tarixdə, saat 18:00 radələrində RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Üveys Hüseynov və PPXB-nin polis nəfəri, polis serjantı Seymur Əzimov ilə birlikdə Salyan rayonu Marışlı kəndi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin Ələt-Astara magistral yolunun 140-cı km-də yolun kənarında olan Azərbaycan Respublikası Avtomobil X3 məxsus olan xırda gözlüklü metal torları kəsərək keçdiyini görmüş, bu səbəbdən ona yaxınlaşaraq xırda gözlüklü metal torları niyə kəsdiyi soruşulmuş, lakin o, heç bir səbəb olmadan ucadan qışqırmağa və ünvanlı və ünvansız nalayiq söyüşlər söyərək qaçmağa başlamışdır. Qaçan zaman nahamar sahədə yıxılmışdır. Bundan sonra onu saxlayıb RPŞnə gətimişdirlər. RPŞ-nin növbətçi hissəsində həmin şəxsin Salyan rayonu Marışlı kəndində yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Ona hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, xx.xx.2024cü il tarixdə, saat 18:00 radələrində Salyan RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Həmid Səmədzadə və PPXB-nin polis nəfəri, polis serjantı Seymur Əzimov ilə birlikdə Salyan rayonu Marışlı kəndi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin Ələt- Astara magistral yolunun 140-cı km-də yolun kənarında olan Azərbaycan Respublikası Avtomobil X3 məxsus olan xırda gözlüklü metal torları kəsərək keçdiyini görmüş, bu səbəbdən ona yaxınlaşaraq xırda gözlüklü metal torları niyə kəsdiyi soruşulmuş, lakin o, heç bir səbəb olmadan ucadan qışqırmağa və ünvanlı və ünvansız nalayiq söyüşlər söyərək qaçmağa başlamışdır. Qaçan zaman nahamar sahədə yıxılmışdır. Bundan sonra onu saxlayıb RPŞ-nə gətimişdirlər. RPŞ-nin növbətçi hissəsində həmin şəxsin Salyan rayonu Marışlı kəndində yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Ona hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli, İXP 1988117/466 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvansız söyüşlər söymüş, nizamintizama dəvət etdikdə isə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli, İXP 1988118/467 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Marışlı kənd ərazisində uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. xx.xx.2024-cü il tarixli AZA 020064 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:45-də inzibati qaydada tutulmuşdur. Zahiri baxış zamanı üz nahiyəsində gözlərinin altında qaralma aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, xx.xx.2024-cü il tarixdə, saat təxminən 18 radələrində Ələt-Astara magistral yolunun 140cı km-də yolun kənarında olan Azərbaycan Respublikası Avtomobil X3 məxsus olan xırda gözlüklü metal torları kəsdiyinə görə ona yaxınlaşan Salyan RPŞ-nin İTB-nin sahə polis nəfəri Həmid Səmədzadənin qanuni tələblərinə qəsdən tabe olmayaraq küçədə ucadan söyüşlər söyərək ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs Salyan RPŞ-nə aparılaraq şəxsiyyəti müəyyən edilmiş və barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 535.1ci maddəsi ilə 200 (iki yüz) manat miqdarda cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-407/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-407/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver