Məhkəmə qərarları › İş №3(057)-408/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-408/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-408/2023 04.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Şirin Elton oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Astara rayonu, Qapçıməhəllə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin DYPB-nin Baş DAM polis leytenantı X1 Emin Xeybər oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 15:00 radələrində idarə etdiyi «Hyunday Ekskavator» markalı, 21-T-581 dövlət qeydiyyat nişanlı texnika ilə katlavandan kənara torpaq yükləyən zaman kovuşunu sağ tərəfə hərəkət etdirərkən (kor nöqtədə) dayanan Zərərçəkmiş şəxs idarə etdiyi «Shacman Yük» markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabina hissəsi ilə toqquşmuşdur.Nəticədə yük avtomobilinə maddi ziyan vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamış və nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir.Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs «Hyunday Ekskavator» markalı, 21-T-581 dövlət qeydiyyat nişanlı texnikanı sürücülük hüququ olmadığı halda idarə etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilir. Zərərçəkmiş şəxs ilə barışmamışdır. Özü ailənin yeganə qazanc gətirənidir. Göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ilə onun istifadəsində ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gələ bilməyəcəyini və idarə etdiyi yük avtomobilininə 12.530,00 manat məbləğində ziyan dəydiyini və ziyanın ödənilmədiyi üçün Şəxs şikayətçidir və dəymiş ziyanı ondan tələb edir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materialları ilə tam təsdiq olunur və Şəxs inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci madəsinə əsasən 327.1-ci maddəsi ilə inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığı üçün, həmin xəta ilə bağlı işə hazırkı iş üzrə qərar qəbul olunması mümkün deyildir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrə əsasən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən X3 qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar