Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-408/2024 16.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Hacırza oğlunun sədrliyi, Hakim köməkçisi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan şəhəri, E.Hüseynov küçəsi, ev 15-də qeydiyyatda olmaqla orada yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.3, 329.1 və 333.1-ci maddələrinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Bagdan 211040 minik” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri ərazisində yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq saxlanılmış, araşdırma zamanı onun avtomaşını alkqolu içkinin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməsi məlum olmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bununla əlaqədar olaraq Salyan RPŞ-nin DYPB-nin Yol-Patrul Xidməti inspektoru polis serjantı X1 tərəfindən, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 329.1 və 333.1-ci maddələrinin tələbinin pozulması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, atasına məxsus “Bagdan 211040 minik” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixdə saat 12-13 radələrində “Məkan” adlı kafedə bir bakal pivə içmişdir. Orada olan zaman yol polisləri onu görmüşlər. Ona görədə atasına zəng edərək gəlib maşını sürüb aparmasını bildirmişdir. Atası həmin kafeyə gəlmiş və maşını sürərək onunla birlikdə evə getmişlər. Axşam isə səhərə qədər bazarda olmuşdur. Səhəri dün xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Salyan şəhərində 9 mərtəbəli binanın yaxınlığında yol polisləri onu saxlamışlar. Ondan içkili olduğunu soruşmuşlar. O da, bir gün əvvəl bir bakal pivə içdiyini onlara bildirmişdir. Polislər onun sərxoşluğunu yoxlamaq üçün alkotestrə üfləməsini bildirmişlər. Həmin vaxt üfürmüş sonra Elvin adlı polis nəticəni ona göstərmədən digər polis əməkdaşına göstərərək sərxoş olduğunu demişdir. Sonra onu Salyan RPŞ-nin DYPB-nə aparmışlar və maşınını isə duracağa yerləşdirmişlər. Həkim müayinəsindən keçirilməsini polislərə bildirsə də onu aparmamışlar. Sonra atası polis bölməsinə gələrək onu sərxoşluğunun müayinə etdirmək üçün xəstəxanaya aparmışdır. Xəstəxanada onu müayinədən keçirməyərək, yalnız polisin iştirakı ilə ola biləcəyini demişlər. Sonra yol polisi bölməsinə gəlmişdir. Orada, sürücülük vəsiqəsini gətirməsini ona bildirmişlər.Barəsində tərtib edilmiş protokolla tanış olmasını yazmasını və bu barədə imza etməsini ondan sonra maşınını buraxacaqlarını bildirmişlər. O da protokola dedikləri kimi yazaraq imza etmişdir. Protokolla razılaşmır. Ona görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin DYPB-nin Yol-Patrul Xidməti inspektoru polis serjantı X1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Salyan şəhərində xidmətdə olan zaman “Bagdan 211040 minik” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün işarə edərək saxlamışlar. Avtomobili saxlayan zaman işıq siqnalından düzgün istifadə etmənişdir. Həmin sürücünün içkili olub- olmamasını soruşduqda xx.xx.2024-cü il tarixdə bir bakal pivə içdiyini demişdir. Sürücünün sərxoşluğunu yoxlamaq üçün alkotestrə üfləməsini bildirmişdir. Sürücü etiraz etmədən üfürmüşdür. Yoxlama nəticəsində onun yüngül dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən olunmuşdur. Həmun şəxsi DYPBnə dəvət etmişlər. Nəqliyyat vasitəsi isə duracağa yerləşdirilmişdir. Sürücünü alkotestrdən keçirın zaman həkim müayinəsindən keçirilməsini bildirməmişdir. Faktla əlaqədar tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 329.1 və 333.1-ci maddələrinin tələbinin pozulması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci madəsinə əsasən 329.3 və 329.1-ci maddələri ilə inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığı üçün, həmin xəta ilə bağlı işə hazırkı iş üzrə qərar qəbul olunması mümkün deyildir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan alkotestr cihazı ilə alkoqol sərxoşluğu müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs alkotestrin müayinəsindən keçirilmiş və 0,466 promilli müəyyən olunmuşdur. Məhkəmədə baxış keçirilmiş videobaxışdan görünür ki, Şəxs alkoğestrlə yoxlanılarkən alkotestrin nəticəsi ona göstərilmişdir. İş materiallarında olan AE 517950 sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini,Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, dörd yüz manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-408/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-408/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver