Məhkəmə qərarları › İş №3(057)-409/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-409/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-409/2024 25.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12, Zərərçəkmiç şəxslər X1 və X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X9 iştirakı ilə xx.xx.2000-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olmaqla yaşayan X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 25 aprel 2024-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X18 tərəfindən tərtib olunmuş X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 25 aprel 2024-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-752/2023 saylı icra vərəqəsinə əsasən borclu X13 tələbkarlar X3 və X4 hər həftənin bazar günü saat 11:00dan, saat 16:00-dək xx.xx.2020-ci il tarixdə doğulmuş nəvələri X19 ilə ünsiyyətdə olmaq hüquqlarını icra etməyərək, icra məmurunun çağırışına məhəl qoymayaraq icra yerinə gəlməmişdir. . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X14 göstərmişdir ki, məhkəmənin qərarlarına hörmətlə yanaşır, hər həftə Salyan şəhərinə Salyan rayon İcra və Probasiya şöbəsinə maddi imkanı ilə bağlı gələ bilmədiyini, uşağı görmək üçün uşağın yaşadığı ünvana gəlməsini bildirmişdir. Azyaşlı uşağın onlarla getməsinə razı deyildir.Həmçinin məhkəmənin qərarında uşaqla tələbkarların görüşü onun iştirakı ilə həyata keçirilməsi qeyd olunmuşdur. Məhkəmə iclasında tələbkar X7 göstərmişdir ki, X13 Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-752/2023 saylı icra vərəqəsinə əsasən müəyyən olunmuş qaydada onlara nəvələri ilə ünsiyyətdə olmalarına maneəçilik törətmişdir. Borclu uşağı onlarla görüşməsinə maneçilik törədir.Dəfələrlə uşağın yaşadığı ünvana gedərək uşaqla görüşmək istəsələr belə borclu buna imkan verməmişdir. Göstərilənlərə əsasən X13 barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərmişdir ki, X13 məhkəmə qətnaməsi ilə onlara verilmiş ünsiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən X13 barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X18 göstərmişdir ki, X14 icra sənədi üzrə tələbi tam qaydada yerinə yetirməmiş, X14 barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan X10, zərərçəkmiç şəxslər X5, X6 və Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X17 dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X9 inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. X9 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin qismən icra olunmasını və tələbkarların şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, X11 inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X13 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 500 (beş qüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar