Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-41/2025 21.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair MN 1954199/1122 nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan şəhəri ərazisində Şəxs istehsalı və satılması qadağan olunmuş protexniki vasitələrin satışını həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özü "xxxx" MMC-də mühafizəçi işləyir. Bir neçə il “Sədərək” bazarından protexniki vasitələr əldə edərək, Salyan şəhərində bayram ərəfəsində satmışdır. 2024-cü ildə həmin vasitələrin satışına icazə verilmədiyinə görə “Sədərək” bazarından aldığı protexniki vasitələri sata bilməmişdir. Pula ehtiyacı olduğu üçün “Ay İşığı” marketinin qarşısında protexniki vasitələri satan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bir daha qanunsuz hərəkətlərə yol verməyəcəkdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi Valid Şahbazi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs satışı və istehsalı qadağan olunmuş 14 ədəd “KO201 petards”, 7 ədəd “magic 26” fişəngi, 2 ədəd “premium 407” 2 ədəd “EK 6207”, 4 ədəd “Maksim”, 4 ədəd “EK 23”, 2 ədəd “Roman”, 2 ədəd “Roman 8” markalı protexniki vasitə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Şəxs izahatından görünür ki, Salyan şəhəri, Y.ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Salyan RPŞ-nin polis kiçik serjantı Eltac Nəcəfzadənin raportu ilə tanış olmuşdur. Bununla bağlı bildirir ki, protexniki vasitələri o keçən il Sədərək Ticarət Mərkəzindən tanımadığı şəxsdən almışdır. xx.xx.2024-cü il tarixdə həmin protexniki vasitələri satmaq üçün əmisi oğlu Həsən Hüseynovdan xahiş etmişdir ki, onu öz avtomobili ilə götürsün. O da **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu götürmüş və o həmin protexniki vasitələri Salyan şəhərində satmaq məqsədi ilə getmişdir. Daha sonra ona yaxınlaşan polis əməkdaşları etdiyi əməlin qanunazidd olduğunu bildirmiş və onu əmisi oğlu ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır. Ona qanunamüvafiq köməklik göstərilməsini xahişe etmişdir. İXM-in 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və pirotexniki vasitələr (14 ədəd “KO201 petards”, 7 ədəd “magic 26” fişəngi, 2 ədəd “premium 407” 2 ədəd “EK 6207”, 4 ədəd “Maksim”, 4 ədəd “EK 23”, 2 ədəd “Roman”, 2 ədəd “Roman 8”) müsadirə olunmaqla barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Müsadirə edilmiş predmet məhv edilməsi üçün Salyan Rayon Polis Şöbəsinə təhvil verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-41/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-41/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver