Məhkəmə qərarları › İş №3(057)-413/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-413/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-413/2024 29.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1961-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, T.Davudzadə küçəsində X9 döymüş və bununla da o, AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X12 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarov raportla məruzə edərək, Salyan şəhəri, Əzizbəyov küçəsi, ev 1-də yaşayan X4 12 aprel 2024-cü il tarixdə DİN-in “102” Xidməti-X15 müraciət edərək, Şəxs onun qonşusu olmasını, 12 aprel 2024-cü il tarixdə Şəxs oğlu Ümid Atakişiyevi döyməsini bildirmişdir. Toplanmış material üzrə Salyan rayonu, Xalac kəndində yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə qonşusu Namiq Atakişiyev müraciət etmişdir. Namiq Atakişiyev onunla eyni küçədə yaşayır və qonşusudur. Namiq Atakişiyev və onun ailəsi ilə arasında heç bir düşmənçilik və ədavət yoxdur. Münasibətləri həmişə normal olmuşdur. Hazırda o, səhhəti ilə əlaqədar problemlər yaşayır. X1r. 12 aprel 2024-cü il tarixdə yaşadığı evin ətrafında gəzirmiş. Elə həmin zaman X8 Atakişiyev də qıraqda küçədə idi. Namiqin övladları onu küçədə görən kimi “dəli-dəli” deyib gülürlər. Bu da ona təsir edir. Yenə onlar gəlib onu lağa qoymuş, o da Ümid Atakişiyevin baş nahiyəsinə sillə ilə vurmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi X5 izahatında bildirmişdir ki, 12 aprel 2024-cü il tarixdə Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. X13 onun oğludur. O, xx.xx.2018-ci il təvəllüdlüdür. Hazırda onunla birgə Salyan şəhəri Əzizbəyov küçəsi, ev 1-də yaşayır. Şəxs onun qonşusudur. Şəxslə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Münasibətləri normal olmuşdur. X14 yaşlı olduğunu və ürəyinin xəstə olduğunu deyir. Bunu əlində əsas götürür və onları mütəmadi olaraq narahat edir. Ünvanlarına nalayiq ifadələr işlədir. 12 aprel 2024-cü il tarixdə yaşadığı evdə olarkən azyaşlı oğlu Ümid Atakişiyev ağlayaraq yanına gəlib, Şəxs onu küçədə döyməsini bildirmişdir. Adı çəkilən şəxs də mütəmadi olaraq, onları narahat edir və rahat yaşamağa qoymur. Bundan öncə də, Şəxs heç bir əsas olmadan onun atasını döymüşdür. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarov tərəfindən tərtib olunmuş 22 aprel 2024-cü il tarixli raportdan görünür ki, Salyan şəhəri, Əzizbəyov küçəsi, ev 1-də yaşayan X4 12 aprel 2024-cü il tarixdə DİN-in “102” Xidməti-X15 müraciət edərək, Şəxs onun qonşusu olmasını, 12 aprel 2024-cü il tarixdə Şəxs oğlu Ümid Atakişiyevi döyməsini bildirmiş, X4 müraciəti həmin tarixdə Salyan Rayon Polis Şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 718 sayla qeydiyyata alınaraq icraata daxil edilmişdir. Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Salyan zona mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli, 153 nömrəli Canlı şəxsin ekspertizası rəyində göstərilir ki: 2018-ci il təvəllüdlü X7 məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər təpə nahiyəsinin dərialtı hematoması, bel nahiyəsinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Salyan şəhəri Əzizbəyov küçəsi ev 1-də yaşayan X3 Salyan Rayon Polis Şöbəsinə yazdığı ərizə əsasında toplanmış material üzrə Salyan şəhəri Əzizbəyov küçəsi ev 4-də yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə Salyan şəhəri, T.Davudzadə küçəsində X9 döymüş və bununla da o, AR İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi” üzrə çıxarışın surətindən görünür ki, Şəxs 2-ci qrup əlilliyə görə pensiya təyin olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, T.Davudzadə küçəsində X9 döymüş, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, İİ qrup əlil olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunması isə ona görə məqsədəmüvafiq deyildir ki, İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından da göründüyü kimi, Şəxs 2-ci dərəcə əlilliyi (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) müəyyən olunduğundan qanunvericiliyin tələbinə görə ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar