Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-415/2024 30.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1961-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 30 aprel 2024-cü il tarixli, MN № 1654781/476 nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ələt-Astara yolunun 38-ci klometrliyində Azərbaycan Respublikası Avtomobil X4 məxsus olan dəmir tordan ibarət çəpəri kəsərək təşkilata 144 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa, Salyan RPŞ-dən daxil olmuş 30 aprel 2024-cü il tarixli, MN № 1654782/475 nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Yenikənd kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin bağlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı əsasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 aprel 2024-cü il tarixli, MN № 1654782/475 inzibati xəta haqqında və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-1-ci maddəsi ilə 30 aprel 2024-cü il tarixli, MN № MN № 1654781/476 inzibati xəta haqqında protokollar tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində, Salyan rayonu, Yenikənd kəndinin ərazisində özünə məxsus olan 6 baş iri buynuzlu heyvanlarını qonşulara verilmiş çöl pay torpağının yanında kollektorun üzərində otarmışdır. 2 başı heyvanı isə yolun mühavizə zolağında yəni, yolun kənarı ilə çəkilən dəmir tordan içərdə olan yerdə bağlayaraq otarmışdır.Dəmir tor açıq olmuşdur. Allah şahiddir torə əl vurmamışdır. Həmin açıq yerdən heyvanları içəri salmışdır. Yolun kənarında PPX-nin 2 maşını dayanmış və ona görə onların yanına gəlmişdir.Polis əməkdaşları ilə salamlaşdıqdan sonra polislərdən bir nəfər ona heyvanları oradan çıxarmağı və daha sonra gəlib maşına oturub onlarla getmələrini demişdir. Heyvanların sahibsiz olduğunu deyərək, onlara qulaq asmamışdır. Heyvanlarını yol ilə evə gətirərkən 2 nəfər polis ona yaxınlaşaraq rəisin onu çağırdığını demişlər. Lakin polislərlə getmək istəmədiyini bildirdiyi üçün polislər onu sürüməyə başlamışlar. O da polislərin onu öldürdürmək istədiklərini görüb özünü suya atmışdır. Məhkəmədə şahid qismində ifadə verən Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə PPXB-nin polis nəfəri, polis seriantı X7 ilə birlikdə 6 saylı avtopatrul marşrutu üzrə Ələt-Astara yolunun 38-ci kilometrliyində xidmətdə olan zaman bir nəfər şəxsin yolun kənarında olan Azərbaycan Respublikası Avtomobil X4 məxsus olan xırda gözlüklü metal torları kəsdiyini və şəxsi təsərrüfatında olan 2 baş iribuynuzlu heyvanı həmin torlara iplə bağlayaraq yol mühafizə zaloğında otardığını görmüşdür. Onlar dərhal avtopatrulu həmin şəxsin olduğu yerə sürmüşlər.Heyvan sahibini çağırmış və heyvanları oradan çıxarmağı və daha sonra onlarla polis şöbəsinə getməyi bildirmişlər. Adını sonradan bildikləri Şəxs onlara qarşı kobudluq edərək nalayiq ifadələr işlətmiş və onların qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs qaçaraq özünü yaxınlıqda olan su kollektoruna atlamışdır. Bundarn sonra onlar həmin şəxsi avtopatrula əyləşdirib Rayon Polis Şöbəsinə gətirmişlər.Qeyd olunan yolda dəfələrlə Şəxs yolun mühafizə zolağında dəmir toru kəsərək heyvanlarını yolun mühafizə zolağına saldığının şahidi olmuşlar.Ali rəhbər qonaqların yoldan keçən zaman heyvanların yolda olması səbəbindən yola daim nəzəarət edərək, dəmir tor kəsilmiş yerləri komunnal təsərrüfatın işçiləri ilə birlikdə təmir etmələrinə baxmayaraq Şəxs qanunsuz olaraq həmin dləmir toru yenə kəsərək heyvanlarını mühafizə zolağına salmışdır. Məhkəmədə şahid qismində ifadə verən Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 ifadə verərək digər şahid Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 bir daha dediklərini təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə belə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 232-1 və 535.1-ci maddələrinin tərkibi var, ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin madədə qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xəta xarakterini və xəta törədənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür.Qeyd olunan tənbeh başqa şəxslər tərəfindən oxşar inzibati xətaya yol verməməsi üçün mühüm xəbərdaredici təsirə malik olacaqdır. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona iyirmi gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 30 aprel 2024-cü il, saat 18:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-415/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-415/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver