Məhkəmə qərarları › İş №3(057)-419/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-419/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-419/2024 02.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 02 may 2024-cü il tarixli, MN № 1988131/482 nömrəli inzibati xəta haqqında protokola və protokollara əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, Ə.Zeynalov küçəsində ünvansız söyüşlər söyərək, xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa, 02 may 2024-cü il tarixli, MN № 1988130/481 nömrəli inzibati xəta haqqında protokola və protokollara əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, Ə.Zeynalov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-295/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək bir ay müddətində Quba RPŞ-də inzibati həbsdə olmuşdur. İnzibati həbsdə olması xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Həmin tarixdə Sabirabad RPŞ-nin əməkdaşları onu Quba RPŞ-dən Sabirabad RPŞ-nə aparmışlar. Sabirabadda olan işinə xitam verilmişdir. Sonra Quba RPŞ-nin əməkdaşları onu Quba RPŞ-nə gətirmişlər. 2 gün orada saxlanıldıqdan sonra Salyan RPŞ-nin əməkdaşı Hüseyn onu xx.xx.2024-cü il tarixdə, səhərə yaxın, saat 5-6 radələrində Salyan RPŞ-nə gətirmişdir. Salyan polisinə özbaşına gəlməmişdir. Salyan Rayon Məhkəməsində onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi var. İnzibati həbsdə olmuş və onu məhkəməyə heç vaxt çağırmayıblar.Heç kimi söyməmiş və heç kimi təhqir etməmişdir. Polisin dedikləri doğru deyildir. Məhkəmədə şahid qismində ifadə verən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 08:45 radələrində işə gələn zaman Salyan şəhəri, Ə.Zeynalov küçəsində Salyan RPŞ-nə az qalmış bir nəfərin ucadan nalayiq ifadələr işlətdiyini eşitmiş, ona ictimayi yerdə soyüşlər söyməməsini təklif etsə də, həmin şəxs ona yaxşı etdiyini deyərək, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə də, həmin şəxsi polis şöbəsinə aparmiş barəsində qanuna müvafiq tədbir görülməsi üçün, xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nin rəisinə raportla müraciət etmişdir. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə belə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi var və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin madədə qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xəta xarakterini və xəta törədənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona on gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 02 may 2023-cü il, saat 08:45-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar