Məhkəmə qərarları › İş №3(057)-423/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-423/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-423/2025 04.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Hakim Məmmədli Ənnağı Əbdül oğlu, X2 Vİ X6 Xidməti inspektoru polis baş serjantı X1 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli qərardan verdiyi şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X4 məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən protokol 11 dekabr 2024-cü il tarixdə qəbul olunmuş, həmin protokoldan şikayət 03 aprel 2025-ci il tarixdə verilmişdir. Bununla da şikayət vermə müddəti şikayətçi X4 tərəfindən buraxılmış, həmçinin adı çəkilən şəxs tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar