Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-424/2025 03.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Muradlı Mirtaleh Mirkərim oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1995-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (məhkəmə qətnaməsi ilə nikahı pozulmuş), fərdi əməklə məşğul olan (fəhlə), Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 03 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 03 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 03 aprel 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 2165/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, rəsmi iş yeri yoxdur. Tələbkar ona uşağı ilə ünsiyyət qurması üçün şərait yaratmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, əgər tələbkar onun uşağı ilə ünsiyyət yaratmasına şərait yaradarsa, aliment borcunu tam şəkildə ödəyəcəkdir. Əks halda borcunu ödəməyəcəkdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, borclu 01 aprel 2025-ci il tarixə kimi aliment borcunun ödənilməsi ilə bağlı vaxt istəmişdir. Bu gün özü icra şöbəsinə gələrək, aliment borcunu ödəyə bilmədiyini, hazırda işləmədiyini, tələbkar tərəfindən birgə nikahlarından olan uşağı ilə ünsiyyətdə olmasına imakn yaradılmadığını əsas gətirərək, borcunu ödəməkdən imtina etmişdir. Barəsində protokol tərtib olunmamışdan əvvəl ona yenə də, borcunu ödəməsi ilə bağlı vaxt verilməsini təklif etdikdə, o vaxt verilməsini istəməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-2165/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 170 manat aliment və 50 manat mediasiya xərci cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcraata xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən tələbin könüllü icra olunması barədə bildiriş Şəxs tərəfindən xx.xx.2025-ci tarixdə imza edilməklə qəbul edilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Şəxs hazırda 720 manat aliment borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs aliment borcunun 680 manat olması barədə məlumatlandırılmış, ondan xx.xx.2025-ci il tarixində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks halda İXM-nin 528.1-ci maddəsini rəhbər tutaraq barəsində protokol tərtib edilərək məhkəməyə müraciət olunması barədə sənəd tərtib edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, hər ay 200 manat borcundan ödəyəcəyini, 30 manatın borcundan silinməsini bildirmişdir. Adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və əmanətləri yoxdur. İcra sənədi barədə məlumatlıdır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməsinin səbəbi uşağını görə bilməməsi və imkanının olmamasıdır. İcra sənədi üzrə bu günə qədər 300 manat ödəniş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu aliment borcunu ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq sayır. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 03 aprel 2025-ci il tarixdə, saat 16:30-dan hesablansın, inzibati həbsin sonu 11 aprel 2025-ci il, saat 16:30 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-424/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-424/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver