Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-426/2025 04.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq anası, Salyan şəhəri A.Səfərov adına X3 Tipli Gimnaziya xadiməçi işləyən, Salyan rayonu Qaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025ci il tarixli, MN 1954387/137 və MN 1954388/138 nömrəli protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokollar və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Köhnə Ələt-Astara yolunun 63-cü km-də Zərərçəkmiş şəxs qulaq nahiyəsindən cırmaqlayaraq ona fizki zərbə ytirmişdir. Həmin tarixdə əri Zərərçəkmiş şəxs Şakirovçin idarə etdiyi “Azsamand” markalı **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yan güzgülərini sındırmışdır. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, X6 göstərmişdir ki, Neftçala rayonu Qaraqaşlı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 17 radələrində köhnə Ələt-Astara magistral yolunun 63-cü kilometrliyində qaynatası Fərmanın onu döyməsini və arvadı Gülnarın isə ona məxsus olan "Azsamand” markalı ** SF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yan güzgülərini sındırmasını bildirmişdir. Araşdırma zamanı Neftçala rayonu Qaraqaşlı kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə əri Zərərçəkmiş şəxs onu itələyərək yerə yıxdığını bildirmişdir. Araşdırma zamanı toplanmış material üzrə Şəxs və X2 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən material üzrə cinayət işi başlanmasının redd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların, X2 əməlində isə Azərbaycan Respublikası İXM-in 157-ci tərkibi olduğundan İXM məsuliyyətə cəlb olunmaları və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini, himayəsində 2 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmamasını nəzərə almaqla, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli, MN 1954387/137 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Köhnə Ələt-Astara yolunun 63-cü km-də Zərərçəkmiş şəxs qulaq nahiyəsindən cırmaqlayaraq ona fizki ağrı yetirmişdir. xx.xx.2025-ci il tarixli, MN 1954388/138 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə əri Zərərçəkmiş şəxs Şakirovçin idarə etdiyi “Azsamand” markalı **- SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yan güzgülərini sındırmaqla ona 120 manat maddi ziyan vurmuşdur. Salyan Rayon Polis Şöbəsinin İB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Neftçala rayonu Qaraqaşlı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 17 radələrində köhnə Ələt-Astara magistral yolunun 63-cü kilometrliyində qaynatası Fərmanın onu döyməsini və arvadı Gülnarın isə ona məxsus olan "Azsamand” markalı ** SF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yan güzgülərini sındırmasını bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 332 sayla qeydiyyata alınaraq icraata daxil olmuşdur.Araşdırma zamanı Neftçala rayonu Qaraqaşlı kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025ci il tarixdə əri Zərərçəkmiş şəxs onu itələyərək yerə yıxdığını bildirmişdir. Araşdırma zamanı toplanmış material üzrə Şəxs və X2 əməlində cinayət tərkibi olmadığından Azərbaycan " Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən material üzrə cinayət işi başlanmasının redd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların, X2 əməlində isə Azərbaycan Respublikası İXM-in 157-ci tərkibi olduğundan İXM məsuliyyətə cəlb olunmaları və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilmişdir. Salyan Rayon Polis Şöbəsinin İB-nin təhqiqatçısı, polis kapitanı X8 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Neftçala rayonu Qaraqaşlı kəndində yaşayan Zərərçəkmiş şəxs Salyan Rayon polis şöbəsinə yazdığı ərizə əsasında toplanmış material üzrə Şəxs və X2 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayat işinin başlanılması rədd edilmiş, xx.xx.1991-ci ildə Neftçala rayonunda anadan olmuş, azərbaycanlı, Azəfbaycan Rebpublikasının vətəndaşı, orta təhsili, evli iki uşaq anası, Salyan şəhəri A.Səfərov adına X3 Tipli Gimnaziyada xadiməçi işləyən, deməsinə görə əvvəllər məhkum olumayan, Neftçala rayonu Qaraqaşlı kəndində qeydiyyata olan və həmin ünvanda yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti X1 verilmiş, xx.xx.1959-cu il tarixdə anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, 3 uşaq atası, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Neftçala rayonu Qaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olsun və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, barəsində tərtib edilmiş şəxs Şəxs onun həyat yoldaşıdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardadla, xx.xx.2025-ci il tarixli MN № 1954387/137 və 1954388/138 saylı inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.1.3-cü maddəsinə əsasən, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardan biri hesab edilir. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. “Elektron Məhkəmə İnformasiya Sistemi” üzrə sorğu məlumatlarından görünür ki, Şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqları vardır. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onlar barışmışlar, zərərçəkmiş şəxsin Şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və sonuncunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslə barışmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 157-ci maddəsi ilə başlanmış iş üzrə icraata Zərərçəkmiş şəxs ilə barışdığından xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 157-ci maddəsi ilə onun barəsində başlanmış iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-426/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-426/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver