Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-43/2025 10.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixində Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan 10 yanvar 2025-ci il tarixli, MN 1954205/1 saylı inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 10 yanvar 2025-ci il tarixli, MN 1954205/1 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Salyan rayon Mərkəzi Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan RPŞ-nin məsul növbətçisi, polis leytenantı Tarverdi Xudaverdiyev raportla X9 Şöbəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:21-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil ********** nömrəli raportda Salyan şəhəri, Mərkəzi Xəstəxanasının heyətindən X6 051 *** ** ** nömrəli telefonla zəng edərək, tanıdığı Hüseynağa adlı şəxsin idarə etdiyi “Chevrolet” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilini onun üzərinə sürərək ona qəza şəraitini yaratmasını bildirmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, onun barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o təxminən 2 ilə yaxındır ki, Zərərçəkmiş şəxs ilə münasibətdə olmuşdur. Lakin, 2024-cü ilin may ayından aralarında anlaşılmazlıqlar olduğu üçün onlar ayrılmışdır. Həmin vaxtdan sonra o, Zərərçəkmiş şəxs adına mobil telefon götürdüyü üçün hər ayın ödənişində məcburən onunla əlaqə saxlamalı olmuşdur. Başqa vaxtlarda o, Zərərçəkmiş şəxs zəng edərək pulunu, yəni telefonunun ödənişini tələb edib. O, Nuranənin üzərinə maşın sürməmişdir. Onun barəsində qeyd etdikləri həqiqətə uyğun deyil. Amma bütün bu qeyd olunanlara bamayaraq, özünü təqsirli bilir və söz verir ki, bir daha Zərərçəkmiş şəxs bir daha narahat etməyəcəkdir. Himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs ilə yaxın dostluq münasibətlərin olmasına baxmayaraq, 2024-cü ilin aprel ayından aralarında olan anlaşılmazlıqlara görə münasibəti bitirmişlər. Müəyyən hadisələrə görə münasibəti kəssələr də, Şəxs onunla müxtəlif bəhanələr gətirərək, mütəmadi olaraq onunla əlaqə saxlayır, ona hər dəfə əlaqə saxlamamasını, ümumiyyətlə ondan əl çəkməsini xahiş edib, tələb edib, israr etsə də, o, onunla bu istəklərinə, xahişinə məhəl qoymayaraq, daha da təkidlə başqa-başqa mobil nömrələrdən zəng edərək ona narahat etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə işi ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasında Şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üzərinə sürərək onu qorxutmuş, daha sonra xəstəxanın həyətində nalayiq ifadələr işlətmişdir. O da bundan sonra qanuni tədbir görülməsi üçün DİN-102 xidmətinə müraciət etmişdir. Hüseynağanın bu hərəkətləri onu həyatından bezdirib, yaşamaq həvəsini öldürüb. Cəmiyyət içində onu biabır etdiyi üçün özünü öldürmək istəmişdir, lakin azyaşlı övladına görə bunu etməmişdir. Bir neçə dəfə polisə müraciət etmişdir. Lakin polis əməkdaşlarının yanında ağlayaraq ondan üzrxahlıq edib bir daha onu narahat etməyəcəyinə dair söz verdiyi üçün müraciətlərini geri götürmüşdür. O, sözündə durmayıb əməllərinə davam etdiyi üçün barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirmişdir ki, o, Nuranə ilə eyni yerdə işləyir. Onlar işlə əlaqədar günün çox hissəsini bir yerdə olurlar. Nuranənin əvvəllər dostluq münasibətində olduğu Hüseynağa adlı şəxsin ona müxtəlif vaxtlarda zənglər edərək onunla barışmaq istədiyini deyib, lakin Nuranə bundan imtina edəndə, o, Nuranəyə qarşı nalayiq ifadələr işlətmişdir. xx.xx.2025-ci il tarixində o, Salyan Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinin qarşısında olan zaman gördü ki, Hüseynağa adlı şəxs öz idarə etdiyi Chevrolet markalı avtomobilə acil şöbəsinin yanında gedən Nuranənin üzərinə sürür. Daha sonra avtomobilin şüşəsini aşağı salaraq uca səslə Nuranəyə qarşı nalayiq ifadələr işlətdi. Nuranə də bu hadisədən qorxduğu üçün DİN-nin 102 xidmətinə müraciət etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 10 yanvar 2025-ci il tarixli MN ******* saylı Salyan RPŞ-nin qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. 10 yanvar 2025-ci il tarixli, MN 1954205/1 saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Salyan rayon Mərkəzi Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Salyan rayon Mərkəzi Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən şəxsin törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 (yeddi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 yanvar 2025-ci il tarixdən, saat 18:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-43/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-43/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver