Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-433/2025 07.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üç uşaq atası, fərdi əməklə məşğul olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 07 aprel 2025-ci il tarixli, MN 1954282/140 nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu Arbatan kəndində Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə ilə vuraraq ona fizki ağrı yetirmiş və nəticədə, onun tərəfindən AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin sahə rəisi, polis kapitanı X5 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlı raportla müraciət edərək bildirmişdir ki, Salyan rayonu Arbatan kəndində yaşayan X1 xx.xx.2025-ci il tarixdə № “102” Xidməti-X6 və Salyan Rayon Polis Şöbəsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdə əri Şəxs tərəfindən döyülməsini bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti xx.xx.2025-ci il tarixdə Salyan ayon Polis Şöbəsində "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 255 sayla qeydiyyata alınaraq icraatıma daxil olmuşdur. Araşdırma zamanı toplanmış material üzrə Şəxs tərəfindən döyülməsini bildirmişdir. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2008-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladı vardır. Onların münasibəti normal olmuşdur. Aralarında düşmənçilik və ədavət olmamışdır. Lakin əvvəllər onların arasında bir neçə dəfə mübahisə olmuşdur. Buna səbəb isə onun qısqanclığı, Xanbacının onun sözlərinə məhəl qoymaması olmuşdur. O da bu səbəbdən onunla dəfələrlə mübahisə etmişdir, Xanbacı da ondan 2013-cü ildə Salyan rayon Məhkəməsinin qərarı ilə boşanmışdır. Sonradan Xanbacı onunla barışmaq istədiyini bildirdiyi üçün barışmışdırlar. Həmin vaxtdan bəri onların arasında artıq mübahisə olmuşdur. 2025-ci ilin yanvar ayının 29-da o, Laçın rayonundan yaşadığı evə geri qayıtmışdır. O müəyyən səbəblərdən Xanbacının ona xəyanət etdiyini düşünmüşdür. O, Xanbacı ilə təklikdə söhbət etmək istədiyi üçün ona xəstəxanaya getmək istədiyini demişdir. Məqsədi isə onunla təklikdə söhbət etmək istəməyi imiş. Xanbacı onunla razılaşmışdır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində onlar piyada kənd ərazisində hərəkət etməyə başlamışdır. Kənd qəbirstanlığının qarşısında dayanıb ondan şübhələnmədiyini, evə geri qayıtmaq istədiyini demişdir. Lakin Xanbacı ondan şübhələndiyini iddia edərək xəstəxanaya gedəcəyini deyib onu təhqir etmişdir. O da əsəbləşdiyi üçün həmin vaxtı Xanbacının sifətinə bir dəfə sillə ilə vurmuşdur. Əməlindən peşmandır və bir daha eyni əməli törətməyə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs onun əridir. Onlar 2008-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladı vardır. Onların münasibəti normal olmuşdur. Aralarında düşmənçilik və ədavət olmamışdır. Lakin Rövşən spirtli içki aludəçisidir. O, buna görə də mütəmadi olaraq yaşadığı evdə mübahisələr yaradaraq onu narahat etmişdir. Bu səbəbdən də o, Rövşəndən bir dəfə boşanmışdır, lakin sonradan övladları böyüdüyü üçün onunla yenidən barışmışdır. Lakin Rövşən düzəlməmişdir. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində onlar piyada kənd ərazisində hərəkət etməyə başlamışdır. Kənd qəbirstanlığının qarşısında dayanıb ondan şübhələndiyini, buna görə də onu öldürəcəyi ilə hədələmiş, ona sillə vurmuşdur. Sonradan onun əlindən qaçaraq küçəyə gəlmişdir. Rövşən spirtli içki olan araq içirmiş. Buna görə də, heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Onu nalayiq ifadələrlə söymüşdür. O isə Rövşənə heç bir cavab qaytarmamışdır. Bu zaman Rövşən onun üzərinə gələrək əlində olan araq şüşəsini baş nahiyəsinə vurmuşdur. Ona görə də, o, övladları ilə birlikdə oradan çıxıb getmişdir. O, tanışının evinə getmişdir. 11 fevral 2025ci il tarixdə Rövşən onların yanına gəlmiş, övladlarını götürüb oradan çıxıb getmişdir. O da əsəbləşdiyi üçün bu barədə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X6 müraciət etmişdir. Rövşən Məmmdov ilə barışmamışdır, odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Elşad Bağırlı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə № “102” Xidməti-X6 və Salyan Rayon Polis Şöbəsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdə əri Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Salyan salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs qıznının Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X6 məlumatı və Salyan Rayon Polis Şöbəsinə yazdığı ərizə əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 07 aprel 2025-ci il tarixli, MN 1954282/140 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu Arbatan kəndində Zərərçəkmiş şəxs sillə zərbəsi vuraraq ona fizki ağrı xəsarət yetirmiş və nəticədə, onun tərəfindən AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs yumruq zərbəsi vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X3 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 07 aprel 2025-ci il tarixdən, saat 17:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-433/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-433/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver