Məhkəmə qərarları › İş №3(057)-435/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-435/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-435/2025 08.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu və onun müdafiəçisi vəkil X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 07 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 08 aprel 2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı 1654916/143 nömrəli, 07 aprel 2025-ci il tarixli protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Ələt-Astara avtomobil yolunun 14-cü kilometrliyində sürücü polis əməkdaşlarının yanında ucadan ünvansız küçə söyüşləri söymüşdür. İnzibati xəta haqqında MN seriyalı 1654915/144 nömrəli, 07 aprel 2025-ci il tarixli protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Ələt-Astara avtomobil yolunun 14-cü kilometrliyində sürücü polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 07 aprel 2025-ci il tarixli, MN № 1654916/143 və MN № 1654915/144 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə YPX-nin əməkdaşları Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlamışlar. O, polisin qanuni tələblərinə tabe olmamışdır. Hətta özünə xəsarət yetirmək istəmişdir. Davranışları onu həkim müayinəsindən keçirməyə əsas vermişdir. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun 3 uşağı var. Uşağının biri xəstədir. O, Bakı- Astara avtomobil yolunun yaşadığı Xıdırlı kəndinə gedən hissəsində körpüdən kənd istiqamətində düşən zaman polislər onu saxlatdırmışlar. Səndələrinə baxış keçirən zaman sənədlərinin düzgün olmadığını görmüşlər. O həmin vaxt Ələt qəsəbəsindən yas yerindən gəlirmiş. Onun sürüclük vəsiqəsi və etibarnaməsinin vaxtı keçmişdir. Törətdiyi əmələ görə peşmadır. Üç uşağı olduğunu və ailədə yeganə qazanc gətirən olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, özünə xəsarət yetirmək istəsə də bu mümkün olmamışdır. Sol əlində yüngül qızartı izləri var. O, polis əməkdaşlarına qarşı düzgün rəftar etmədiyini başa düşür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi vəkil X4 inzibati xəta haqqında tərkib olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin YPX-nin inspektoru X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Ələt-Astara avtomobil yolunun 14-cü kilometrliyində nəqliyyat vasitəsini təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlatdıraraq sürücü Şəxs sənədlərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman onun sürücülük vəsiqəsinin və etibarnaməsinin vaxtı keçdiyi üçün ona duracağa getməli olduğu bildirilmişdir. Həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymamış, polis əməkdaşlarının ünvanına söyüşlər söymüş, özünə xəsarət yetirməyə çalışaraq, aqressiv hərəkətlər etmişdir. Ona görə də, sürücünü posta aparmışlar. Daha sonra postdan narkoloji testdən keçirmək məqsədilə onu Lənkəran şəhərinə aparmışlar. Yolda hərəkətdə olan zaman yol nəqliyyat hadisəsinin baş verməsini müşahidə etdikləri üçün avtomobili saxlayaraq posta məlumat vermişlər. Həmin vaxt Ruslan arxa qapının şüşəsini aşağı endirərək qapını çöldən açıb, avtomobildən aşağı düşərək yolu keçmişdir. Yolu keçdikdən sonra o, yenə də, öz hərəkətlərinə davam etdirməyə başlayaraq polisin qanuni tələblərinə riayət etməmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında AZA seriyalı 020081 nömrəli, 07 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:02-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı 008264 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən Redmi 9 markalı mobil telefon, şəxsiyyətini təsdiq edən sənəd, sürücülük vəsiqəsi, bank kartı, vəsiqə qabı Salyan RPŞ-nin NH-də aşkar olunmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, Salyan rayonu, Xıdırlı kəndində yaşayır. Barəsində tərtib olunmuş protokollarla bağlı bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində istifadə etdiyi **-GU-*** dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı avtomobillə Ələt qəsəbəsindən Xıdırlı kəndinə gələn zaman YPX-nin əməkdaşları ona saxla əmri vermişlər. O, avtomobili yolun kənarında saxlamışdır. Onlar onun sənədlərini yoxlayan zaman sürücülük vəsiqəsinin və etibarnamənin vaxtının bitdiyini bildirmişlər. Avtomobilin açarını təqdim etməsini istəmişlər. Həmin zaman onun övladı xəstə olduğu üçün bir qədər fikirli olmuş və buna görə də, polis əməkdaşlarına açarı verməmişdir. Polis əməkdaşları onun üzərinə gələn zaman özünü itirmiş və avtomobilin açarı ilə sol qoluna yüngül xəsarət yetirmişdir. Sonradan sakitləşmiş və polis maşınına əyləşərək avtomobili ilə birlikdə YPX-nin postuna aparılmışdır. Müəyyən yoxlamaların aparılması üçün YPX-nin avtomobili ilə yola düşmüşdür. Hərəkət edən zaman başqa avtomobillərin qəza törətməsinə görə polis əməkdaşları həmin yerdə saxlayaraq əlavə YPX-nin avtomobilinin çağırlamasını gözləmişlər. Ailəsindən narahat olduğu üçün mobil telefonu ilə qardaşına zəng vurmuşdur. Bir dəqiqəlik avtomobildən düşsə də, onun qaçmaq fikri olmamışdır. Lənkəran şəhərində yoxlamadan keçirildikdən sonra Salyan RPŞ-nə gətirilmişdir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Ələt-Astara yolunun 14-cü kilometrliyində polis əməkdaşlarının yanında ucadan nalayiq ifadələr işlətməsi və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də, həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ələt-Astara avtomobil yolunun 14-cü kilometrliyində ucadan nalayiq ifadələr işlədərək və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 07 aprel 2025-ci il tarixdən saat 18:02-dən hesablanmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsetmənin əvvəli 07 aprel 2025-ci il tarixdən saat 18:02-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar