Məhkəmə qərarları › İş №3(057)-438/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-438/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-438/2025 08.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük böyük icra məmuru Əliyev Vüqar Bəxtiyar oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Məmmədova Rəsmiyyə Aman qızı və onun müdafiəçisi - Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1967-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 08 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 08 aprel 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-935/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs tələbkar Zərərçəkmiş şəxs məxsus mənzili boşaltmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahatında göstərdi ki, icra sənədi üzrə tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. Borclu uzun müddətdir ki, müxtəlif bəhanələrlə icra sənədini icra etməkdən yayınmışdır. 28 fevral 2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmurları, tələbkar və şahidlərin birgə iştirakı ilə xx.xx.2025-ci il tarixdə, Salyan şəhəri, X7 küçəsi, 170 M3, mənzil 1 ünvanda yerləşən mənzilə daxil olmuşlar. Mənzilin kilidi dəyişdirilmiş, əşyalar siyahıya alınaraq tələbkar Zərərçəkmiş şəxs təhvil verilmişdir. Həmin vaxt mənzildə kirayə yaşayan şəxs də gəlmişdir. Həmin şəxsin şəxsi əşyaları da mənzildə olmuşdur. Bu barədə akt tərtib edilmişdir. Lakin həmin gün borclu özbaşına olaraq həmin mənzilə daxil olaraq, həmin mənzildə yaşamağa davam edir. Şəxs barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, protokol onun iştirakı ilə tərtib olunmuşdur. İcra sənədində göstərilən mənzildən könüllü qaydada çıxmadığı üçün xx.xx.2025-ci il tarixdə göstərilən mənzildə olan ona məxsus əşyalar siyahıya alınmış, mənzilin dəmir qapısının kilidi dəyişdirilmişdir. Lakin başqa yaşayış yeri olmadığı üçün həmin gün yenidən həmin mənzilə daxil olmuşdur. Hal-hazırda həmin mənzildə yaşayır. Şirvan Apellyasiya Məhkəməsinə şikayət verəcəkdir. Qalmağa başqa yaşayış yeri yoxdur. Himayəsində az yaşlı nəvələri var. Özü onkoloji xəstəlikdən əziyyət çəkir. Mənzili satmamışdır. Qızının ərinə pul lazım olduğu üçün 25000 manat borc pul götürərək onun mənzilini girov məqsədi ilə satmışdır. Qızının əri azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qızının əri hazırda azadlığa çıxmışdır, ondan tələb edir ki, borcunu Əliquluya qaytarsın ki, o da mənzilində rahat yaşaya bilsin. Mənzili boşaltmaq fikri yoxdur. Məhkəmə iclasında iştirak edən müdafiəçi X4 izahatında göstərdi ki, Şəxs himayəsində az yaşlı nəvələri var onun başqa mənzili yoxdur, qalmağa başqa yeri yoxdur. Göstərilənləri nəzərə alaraq, ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-935/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs məxsus, Salyan şəhəri, X7 küçəsi 170 M3, mənzil 1 ünvanda yerləşən mənzildən, cavabdehə məxsus əşya va əmlakla birlikdə çıxarıması, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli izahatlarından görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədində göstərilən mənzildən könüllü qaydada çıxmadığı üçün xx.xx.2025-ci il tarixdə göstərilən mənzil məcburi qaydada boğaldılaraq tələbkar Zərərçəkmiş şəxs təhvil verilmişdir. Lakin həmin gün yenidən həmin mənzilə daxil olmuşdur. Halhazırda həmin mənzildə yaşayır. Ali Məhkəməyə şikayət verəcəkdir. Ona məhkəmə qərarını icra etmədiyi üçün məsuliyyət bardə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli aktın surətindən görünür ki, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmurları, tələbkar və şahidlərin birgə iştirakları ilə xx.xx.2025-ci il tarixdə göstərilən Salyan şəhəri, X7 küçəsi 170 M3, mənzil 1 ünvanda yerləşən mənzil məcburi qaydada icra olunaraq tələbkar Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmurutərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 məhkəmə prosesi zamanı Şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 2 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 12 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərarın surəti vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar