Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-440/2023 14.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X9, Vəkil və Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu,Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 13 may 2023-cü il tarixli, MN № ******* və 13 may 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokollar və protokollara əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin Baş Dövlət YPİ-nin DYPA-nın 10-cu tağımının əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və küçə söyşləri söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat axşam saatlarında Salyan rayonu, Yenikənd kəndində böyük məktəbin yolunda yol polisi işçiləri Elman və Məzahir dayanmışlar. Elman həmin vaxt mobil telefonla iş yoldaşı Sənanla danışmışdır.Sənən Elmana telefonu ona verməsini bildirmişdir. Sənanla telefonla dlanışmış və Sənan telefonda ondan 830 nömrəli “Tofaş” markalı avtomobilin kimin olduğunu soruşduğda, həmin avtomobilin Savalanın olduğunu bildirmişdir. Sənan həmin adamın «01» yəni içkili saxlandığını demişdir. Ona görə də, ona 10-cu tağım postuna gəlməsini bildirmişdir. Ona görə istifadəsində olan «Vaz 21074» markalı,**-HY-*** dövlət nömrəli nişanlı avtomobillə posta getmişdir. Həmin vaxt onun avtomobilini Əlizamin idarə etmişdir.10-cü tağım postuna çatmamış yolda yol polisi işəarə edərək onları durdurmuşdur. Polis onlara yaxınlaşaraq avtomobilin qabaq buferinin və dövlət nömrə nişanının olmadığı üçün avtomobilin duracağa getməli olduğunu bildirmişlər. Onu posta çağırın polis Sənana telefonla yığsa da sonuncu zənginə cavab verməmişdir. Polis əməkdaşları avtomobilini duracağa yerləşdirmiş və Əlizaminin barəsində inzibati xəta haqqında protokol tərtib edərək 40 manat cərimə etmişlər. Postun komandirinə zəng etmiş və komandir posta hələ gəlmədiyini bildirmişdir. Komandir posta gələndən sonra onunla görüşmüşdür. Məlum olmuşdur ki, onun avtomobillə bağlı ödənilməmiş 560 manat məbləğində cəriməsi olmuşdur. Komandir ona cəriməni ödəməsini və maşını burxacağını demişdir.Pulu olmadığı üçün getmiş və 13 may 2023-cü il tarixdə, saat 09-da yenidən posta gəlmişdir. Komandirin yanında olarkən digər polis əməkdaşları Rəşad, Elmar, Sənan və Elşad otağa daxil olaraq, onlardan guya Salyan rayon prokurorluğuna yalandan nəsə dediyini deyərək, onu hələdələyərək, döymüş və təhqir etmişlər. Başına Cəfərov Elşad öz başı ilə vurmuş və xəsarət almış, hazırda da başında xəsarət vardır.Sonra polislər onu avtomobillə Salyan RPŞ-nə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, sürücülük hüququ yoxdur. «Vaz 21074» markalı,**-HY-*** dövlət nömrəli nişanlı avtomobilə dair etibarnamənin müddəti bitmişdir. Həmin avtomoblininin qabaq buferi və dövlət nömrə nişanı olmamışdır. Törətdiyit əmələ görə peşmapdır, bir daha belə hərəktlərə yol verməyəcəyini bildirərək, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadə verən DİN BDYPİ-nin YPXA-nin YPX-nin inspektoru X4 bildirmişdir ki,xx.xx.2023-cü il tarixdə, axşam vaxtı posta gəlmişdir. Şahinin «Vaz 21074» markalı,**- HY-*** dövlət nömrəli nişanlı avtomobillə bağlı ödənilməyən 560 manat məbləğində cəriməsinin olduğu, həmin avtomolbilin qabaq buferinin və dövlət nömrə nişanının olmadığı üçün avtomobili duracağa yerləşdirilərək, həmin vaxt avtomobili idarə edən Əlizamin adlı şəxsin cərimə olunduğunu bilmişdir. Şahin ümumiyfətlə həmin avtomobilin qabaq nömrəsini açaraq nömrəsiz idarə etmişdir. Avtomobil duracağa yerləçşdirilən zaman Şahin onu nüfuzdan saldıqlarını və Salyan rayonunun bütün rəhbərlərinin onun qabağına qaçdığını bildirərək, ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Sonra Şahin çıxıb getmişdir. Şahin xx.xx.2023-cü il tarixdə saat 09 radələrində posta gələrək, orada yenidən ucadan nalayiq söyüşlər söyməyə başlamış və ona bildirilən iraddan nəticə çıxarmamışdır. Orada olan polis əməkdaşları Şahini döyməmişlər. Şahin öz qanınsuz hərəktlərini davam etdirdiyi üçün, onu avtomobilə əyləşdirərək, Salyan RPŞ-nə aparmışlır. Şahinin barəsində qanuna müvpfiq tədbir görülməsi üçün, xx.xx.2023-cü il tarixdə Salyan RPŞ-nin rəisinə raportla müraciət etmişdir. Məhkəmədə şahid qismində ifadə verən Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-nin YPX-nin inspektorları X3 və X1 Elşad Məhəmməd oğlunun məhkəmədə bildirdiklərini bir daha təsdiq etmişlər. İş materillarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli, AZA№020089 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:15-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə belə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Şəxs etibarnamə əsasında avtomobil almış, lakin etibarnamənin vaxtı bitməsinə baxmayaraq, həmin avtomobildən sürücülük vəsiqəsi olmadan və nömrə nişanı taxmadan istifadə etməkdə davam etmişdir. Yol polis əməkdaşları tərəfindən haqlı olaraq avtomobil duracaqda saxlanılarkən, Şəxs buna etiraz etmiş və ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi var və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin madədə qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xəta xarakterini və əta töərdənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona iyirmi gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 13 may 2023-cü il, saat 13:15-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-440/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-440/2023
14.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver