Məhkəmə qərarları › İş №3(057)-440/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-440/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-440/2025 24.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 idarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 idarəsi tərəfindən X3 İXM-in 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 150 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 qərardan məhkəməyə şikayət verərək İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin xitam olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X7 tərəfindən Azərbaycan Respublikası İXM-in 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 150 manat məbləğində inzibati cərimə olunmuşdur. **-GE-*** dövlət qeydiyyat mişanlı, “Mercedes C200” minik markalı avtonəqliyyat vasitəsini etibarnamə ilə idarə edir. xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən ona saxla əmri verilmiş, oda nəqliyyat vasitəsini yolun kənarına çəkərək saxladığdan sonra onun nəqliyyat vasitəsində “sport yaylar” olduğu ona bildirilmiş və nəqliyyat vasitəsində İXM-in 342.2.3-cü maddəsi ilə avtonəqliyyat vasitəsi portal tərtib edilmədən cərimə meydançasına qoyulmuşdur. O, bunun qanunsuz olduğunu, nəqliyyat vasitəsində İXM 342.2.3-cü (nəqliyyat vasitələrinin sürücüləri tərəfindın nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi) maddəsinin tələblərini pozan heç bir əlavə avadanlığın olmamasını bildirsədə, nəqliyyat vasitəsi cərimə meydançasına aparıldı və qanunsuz Konstitusiyaya (təqsirsizlik prezumsiyası hüququna) zidd olaraq avtomobilə heçbir baxış keçirilmədən barəsində cəza tədbiri görülmüşdür. X7 əməkdaşları onun barəsində qərar qəbul edərkən prossesual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə DİN 102 qaynar xəttinə şikayət etdikdən sonra nəqliyyat vasitəsinin cərimə meydançasından buraxılması təmin olunmuşdur. Lakin, tərtib olunmuş qanunsuz protokol ləğv olunmamışdır. Bu səbəblə, protokolun qanunsuz olduğunu düşünür. Buna görədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol İdarəsinin xx.xx.2025-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hərkəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan, vəzifəli şəxs işin bütün hallarımı məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına öz daxili inamı və sübutları qiymətləndirir. Həmin məcəllənin 84.2-ci maddəsinə əsasən isə heçbir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmi sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatnayanların Qanuni nümayəndələri, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin İXM-nin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzdən qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 128.2, 128.2.3-cü maddəsinə əsasə isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protesti səlahiyyətli orqanın qərarında yuxarı səlahiyyətli şəxsə və ya məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası qanunvericiliyin tələblərini və İXM-nin 128, 129 və 134-136-cı maddələrini rəhbər tutaraq, məhkəmədən barəsində olan, Azərbaycan Respublikası Daxili İşlər vl Nazirliyi X7 İdarəsinin xx.xx.2025-cü il tarixli, İXP ******* saylı tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş X7 idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası DİN-in Baş X7 idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs (şikayət verən) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak etmiş şikayətçi X3 verdiyi şikayət ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən DYP əməkdaşı tətəfindən ona saxla əmri verilmiş, oda nəqliyyat vasitəsini yolun kənarına çəkərək saxladıqdan sonra onun nəqliyyat vasitəsində “sport yaylar” olduğu ona bildirilmiş və nəqliyyat vasitəsində İXM-in 342.2.3-cü maddəsi ilə avtonəqliyyat vasitəsi portal tərtib edilmədən cərimə meydançasına qoyulacağı bildirilmişdir. O, bunun qanuni qolduğunu və beynəlxalq standartlara uyğun olduğunu və nəqliyyat vasitəsində istifadə olunan “sport yaylar” sertifikatının olduğunu bildirmişdir. Etirazına məhəl qoyulmadığı üçün DYP-nin ispektoruna barəsində inzibati xəta haqqında protokol tərtib edərək aparmasını demişdir. Lakin, DYP-nin ispektoru onun barəsində inzibati xəta haqqında protokol tərtib etməyərək, nəqliyyat vasitəsini duracağa aparmışlar. Sonra ona bildirmişlər ki, sabah gəlsin və DYP otağa yaşınlaşsın. Sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi barədə “SMS” məlumat gəlmişdir. Nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə duracağa qoyulsada inzibati protokol xx.xx.2025-ci il tarixdə tərtib olunmuş və tərtib edilmə tarixi isə xx.xx.2025-ci il tarixi qoyulmuşdur. Bundan əlavə nəqliyyat vasitəsində istifadə olunan “sport yaylar”in standarta uyğun olması barədə müvafiq mütəxəssis rəyini gətirməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 idarəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 idarəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli tarixli qərarının surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə **-GE-*** dövlət qeydiyyat mişanlı, “Mercedes C200” minik markalı avtomobili idarə edərkən İXM-in 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İXM-in 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İXM-in 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş şikayətçi X1 məhkəməyə dəftərxana vasitəsi ilə təqdim etdiyi Salyan rayonu “İnam 93” k/m-nin xx.xx.2024-ci il tarixli, 18 nömrəli arayışından görünür ki, **-GE-*** dövlət qeydiyyat mişanlı, “Mercedes C200” minik markalı avtonəqliyyat vasitəsinə baxış keçirilmişdir. Nəticə: “sport yay”lar quraşdırılmış halda avtomobilin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkərlər arası baza və təkər (təkər düsturunun) bucaqlarının ölçüləri norma daxilindədir. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyəy vəsiqəsinin surətindən görünür görünür ki, X3 xx.xx.1998-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 31 mart 2024-cü il tarixli etibarnamənin surətindən görünür görünür ki, **-GE-*** dövlət qeydiyyat mişanlı, “Mercedes C200” minik markalı avtonəqliyyat vasitəsi mülkiyyətçisi X4 tərəfindən X2 idarə etməyə verilmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. İXM-in 342.2.3-cü maddəsinin tələbinə əsasən, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Aparılmış məhkəmə araşdırması zamanı X3 tərəfindən nəqliyyat vasitəsinin hər hansı hissəsinə müdaxilə edilməsi sübuta yetirilmir. İXM-in 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-in 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X3 tərəfindən İXM-in 342.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 135.1 və 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində İXP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Belə olan halda X1 İXM-in 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə də, Daxili İşlər Nazirliyinin Baş X7 idarəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam veriməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar