Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-447/2023 22.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 17 oktyabr 1989-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Salyan şəhəri, Q.Əsgərov küçəsi, ev 31-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 50 manat dəyərində 01 ədəd telefonu oğurlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən 22 may 2023-cü il tarixli, MN № 1690461/523 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə «Kür» hotelin girişində olan divanın üstəndə olan bir ədəd «Nokia» markalı mobil telefonu oğurlamışdır. Oğurluqla bağlı özünü təqsirli bilir və peşmandır. Göstərilənləri nəzərə alaraq, ona yüngül inzibati tənbeh tədbiri təbiq edjilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Şəxs ona məxsus 50 manat dəyərində mobil telefonunu oğurlamışdır. Şəxs ona dəymiş ziyanı ödənilmədiyini və buna görə də şikayətçi olduğunu bildirmişlər. Məhkəmə iclas iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokola, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs təqsirini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, Şəxs törətdiyi inzibati xətanın xarakterini, iş üzrə toplanmış sübutları qiymətləndirərək, Şəxs qanunlara əməl edilməsi rühunda tərbiyyələndirmək, başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq üçün ona həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin, barəsində bir ay müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 may 2023-cü il tarixdə saat 15:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-447/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-447/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver